Məhkəmə qərarları › İş №3(039)-201/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-201/2020

23.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-201/2020 23.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Havarlı kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Yevlax rayonu Aşağı Bucaq kənd ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Yunis İsmayılov bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kənd ərazisində yerləşən Şəki dairəsi istiqamətində yerləşən Saf təbiət kafesinin qarşısından təxminən saat 12 radələrində bir nəfər şəxsin ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğu üçün həmin ərazidə xidmət aparan polis nəfərləri, polis baş serjantı Elşən Kərimov və polis serjantı, Xəyal Məddiyev həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etsələrdə həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəszilik polis nəfəri, polis baş serjantı X6 Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxxx 2020-ci il tarixdə nahar vaxtı Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən “Saf təbiyyət” kafesində yaxın dostu ilə birlikdə yeyib içmiş, içkili vəziyyətdə olduğundan kafenin qarşısında ünvansız nalayiq söyüşlər söymüş, bu zaman ərazidə olan polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Törətdiyi əmələ görə səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis baş serjantı Elşən Kərimov məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə saat 12:00 radələrində bir nəfər şəxsin ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq onu nizam intizama dəvət etsələrdə həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxx 2020-ci il tarixdə saat 14:00-dan inzibati qaydada tutulmuşdur. 86 №-li, xx xxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 13:45-də orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin, İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəliŞəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən saat 14:00-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar