Məhkəmə qərarları › İş №3(039)-201/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-201/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-201/2021 09.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis serjantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ağdam rayonu Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu Salahlı kəndində qeydiyyatda olan və Yevlax şəhəri Dəri zavodu binasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 Yol Patrul Xidməti Alayının 8-ci tağımından daxil olmuş daxil olmuş xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 22:10-da Bakı-Qazax yolunun 286.6-cı kilometirliyində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2103 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Zərərçəkmiş şəxs idarə etdiyi “WOLKSVAGEN” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 22:10-da Yevlax şəhəri ərazisində yerləşən dairədə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2103 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman idarə etməni itirərək “WOLKSVAGEN” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 22:10-da Bakı-Qazax yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində yolda olan dairədə idarə etdiyi “WOLKSVAGEN” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman “VAZ 2103 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən yola çıxaraq onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Nəticədə onun avtomobilinə maddi ziyan dəymiş və ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 22:10-da Bakı-Qazax yolunun 286.6-cı kilometirliyində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2103 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 111 №-li, xx xxxx 2021-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar