Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-202/2020 23.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X3, İnzibati xəta törətmişşəxs Şəxs, Zərər çəkmiş şəxs X4 iştirakı ilə, Şəxs -xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Nizami prospekti ev 224-də yaşayan. Onun barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində X5 məxsus velosipedi Yevlax şəhəri Fizuli küçəsində oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu iləözgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis mayoru Kərim Əzimov bildirmişdir ki,Şəxs xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində X4 məxsus velosipedi Yevlax şəhəri Fizuli küçəsində oğurladığı üçün ərizəsi əsasında aparılmış təhqiqat zamanı törədilmiş əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması xx xxxx 2020-ci il tarixdə rəd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilərək söyləmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Yevlax şəhəri Fizuli küçəsində olan zaman “Topazın” qarşısında bir velosiped görmüş, həmin velosipedin dayandığı yerə getmiş və ətrafa baxaraq heç kimsənin olmadığını qətiləşdirdikdən sonra velosipedi oğurlayaraq oradan getmiş, həmin velosipedi xx xxxx 2020-ci il tarixdə Bərdə rayonu Avtovağzalın yaxınlığında tanımadığı şəxsə 20 manat pula satmışdır. Hal-hazırda işləmir, 1 ay yarım vaxt ərzində işləyib velosipedin pulunu sahibinə qaytaracaqdır. Əməlindən peşmandır. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək söyləmişdir ki, xx xxxx 2020ci il tarixdə saat 22 radələrində Yevlax şəhəri Fizuli küçəsində yerləşən “Topaza” daxil olmuş, özünə məxsus olan velosipedi “Topazın” qarşısında saxlamış, həmin gen saat 22:20 radələrində “Topazdan” çıxdıqda velosipedin oğurlandığını görmüşdür. Velosipedini təxminən 2-3 il bundan əvvəl almış, velosipedin qiyməti təxminən 70 manat olmuşdur. Ona vurulmuş ziyan Şəxs tərəfindən ödənilməmişdir. İşəəlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantıƏhmədzadə Mirzalı Bakir oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmişəməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında işüzrə icraat aparılması qərara alınmışdır. İşə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxx 2020-ci il tarixdə saat 22:00-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli axtrarış sənədindən görünür ki, X12 Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmü ilə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 315.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, Yevlax Rayon Polis Şöbəsi istintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 xx xxxx 2020-ci il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Bu səbəbdən o, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini vəəmlak vəziyyətini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuşinzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-cu maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən saat 22:00-dan hesab edilsin. Qərarın icra Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Zərəz çəkmiş şəxs X5 dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-202/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-202/2020
23.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver