Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-202/2021 10.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tələbkar Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1262/2020 saylı qətnaməsinə əsasən borclu Şəxs hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının xeyrinə ödənilməlidir. Şəxs borcu ödəməkdən qərəzli olaraq imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1262/2018 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs oğlu Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində olan borcu onun özünə və əmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun daşınar və daşınmaz əmlakının olub olmaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu Şəxs heç bir yerdə işləməməklə əmək haqqı almır, onun adına heç bir qiymətli əşya və əmlakı, daşınar və daşınmaz əmlakı yoxdur. Şəxs aliment borcunu ödəməsini bildirdikdə o, ayda tələbkara yalnız 50 (əlli) manat pul ödəyəcəyini bildirmişdir. Səxavət Məmmədov hazırda tələbkara olan aliment borcundan 130 (bir yüz otuz) manat ödəniş etmişdir. Borclu aliment borcundan ödəniş etmir və hazırda 1530 (bir min beş yüz otuz) manat borcu yaranmışdır. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)- 1262/2020 saylı qətnaməsinə əsasən ondan hər uşağa 120 (bir yüz iyirmi) manat,olmaqla, hər ay cəmi 240 (iki yüz qırx) manat alimentin tutularaq tələbkarın xeyrinə verilməsi qət edilmişdir. Əvvəllər işlədiyi üçün tələbkara olan aliment borcundan müəyyən ödənişlər etmişdir. Son zamanlar karantin rejimi ilə əlaqədar işləyə bilmədiyi üçün tələbkara olan aliment borcundan ödənişlər edə bilməmişdir. Hazırda tələbkar Rəsmiyyə Hacıyevaya olan aliment borcundan 130 (bir yüz otuz) manat ödəniş etmişdir. Qalan aliment borcunu birdəfəlik ödəməyə heç bir imkanı yoxdur. On gün müddətində tələbkara olan aliment borcundan 200 (iki yüz) manat ödəyə bilər. İşlədikcə tələbkara olan aliment borcunu ödəyəcəkdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül izibati tənbeh tətbiq edilməsini xahiş etdi. Tələbkar Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1262/2020 saylı qətnaməsinə əsasən Şəxs hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Lakin Şəxs ona olan aliment borcundan ayda ona 50 (əlli) manat ödəyir. Borclunun ödədiyi 50 manat aliment pulu ilə uşaqlara baxmağa çətinlik çəkir. Hazırda Şəxs ona 1530 (bir min beş yüz otuz) manat aliment borcu yaranmışdır. Borcludan ona olan aliment borcunu ödəməsini tələb edir və ondan şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsinin xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək herab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar görmür. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini, mahiyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxx 1980-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmuş, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 12.35-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-202/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-202/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver