Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-202/2024 15.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X3 Bölməsinin polis sahə rəisi X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1997-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat polisin qanuni tələbinə qəsdən tabe olmamışdır və narkotik vasitədən istifadə etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X10 çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:10 raədələrində RPŞ-nin polis əməkdaşları Yevlax şəhəri C.Mustafayev küçəsində xidmətdə olan zaman bir nəfər vətəndaşın küçədə ictimai yerdə ucadan səs-küy salaraq ictimai qaydanı pozduğuna və özünə xəsarət yetiridiyinə görə polis əməkdaşları həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim edərək həmin vətəndaşı ınizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaş sərxoş vəziyyətdə öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin vətəndaş rayon polis şöbəsinə gətirilmiş və şəxsiyyəti müəyyən olunduqdan sonra tibbi müayinədən keçirilmişdir. Tibbi müayinədən sonra həmin şəxsin sərxoş olması və narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü qismən təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, azyaşlı övladının xəstə olmasını öyrəndikdən sonra spirtli içki qəbul etmiş və sərxoş vəziyyətdə özünə xəsarət yetirmək istəmişdir. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıb nizam-intizama dəvət etmişlər. O, sərxoş olduğu üçün polisin tələbinə tabe olmamışdır. O, narkoti vasitə istifadə etmir. Bir neçə gün əvvəl tanıdığı şəxslərlə məclisdə yeyib-içən zaman həmin şəxslər narkotik vasitə olan marixunadan istifadə etmişdilər. O, həmin zaman tüstüyə düşmüşdür. O, narkotik vasitələrdən istifadə etmir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:10 raədələrində post yoldaşı X8 ilə Yevlax şəhəri C.Mustafayev küçəsində xidmətdə olan zaman bir nəfər vətəndaşın küçədə ictimai yerdə ucadan səs-küy salaraq ictimai qaydanı pozduğuna və özünə xəsarət yetiridiyinə görə polis əməkdaşları həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim edərək həmin vətəndaşı ınizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaş sərxoş vəziyyətdə öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin vətəndaş rayon polis şöbəsinə gətirilmiş və şəxsiyyəti müəyyən olunduqdan sonra tibbi müayinədən keçirilmişdir. Tibbi müayinədən sonra həmin şəxsin sərxoş olması və narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X8 şahid X2 izahatına uyğun izahat verdi. X1 məhkəmə iclasında bildirdi ki, Şəxs özünü qismən təqsirli bilməsini və xəstə övladının olmağını nəzərə alıb onun barəsində yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat polisin qanuni tələbinə qəsdən tabe olmamışdır və narkotik vasitədən istifadə etmişdir; 377 №-li, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs yüngül dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir; 378 №-li, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs THÇ marixuana aşkar edilmişdir + (müsbət); xx.xx.2024-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hall hesab edilir. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xəta törətmiş şəxsin sərxoş olmamasını (İXM 33.1.7) nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona İXM-nin 206-cı maddəsinin sanksiyası hədləri daxilində (daha ciddi xətaya görə) inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 14 aprel 2024-cü il tarixdən saat 23:50-dən hesablansın. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-202/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-202/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver