Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-203/2020 23.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 qızının katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1970-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, iləli, orta təhsilli, işləməyən, Yevlax şəhəri S.Ruhulla küçəsi ev 21-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə yevlax şəhəri F.Əlizadə küçəsində ictimai yerdə söyüş söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Kərim Əzimov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 13 radələrində bir nəfər şəxsin ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğu üçün həmin ərazidə xidmət aparan polis nəfərləri, polis baş serjantları X2 və polis nəfəri X3 həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəszilik Bölməsinin polis nəfəri, polis baş serjantı Nicat Məhərrəmov və polis nəfəri, polis baş serjantı X7 Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 13:00-da, Yevlax şəhəri F.Əlizadə küçəsi ilə yol gedən zaman polis əməkdaşı, adını sonradan bildiyi Nicat Məhərrəmov ona yaxınlaşaraq heç bir səbəb göstərmədən onu polis şöbəsinə dəvət etmişdir. Bundan sonra digər polis əməkdaşı Azər Əhmədov avtomobili sürərək ona yaxınlaşmış və o, heç bir etiraz etmədən avtomobilə oturaraq onlarla birlikdə şöbəyə getmişdir. Polis şöbəsində ona hər hansı bir səbəb bildirmədən narkotik vasitə saxlamasını etiraf etməyi ondan tələb etmişlər. Bundan imtina etdikdə, ona qarşı zor tətbiq edilmiş, dəyənəklə onun ayaqlarından və ayaqlarının altından vurmuşlar. Buna dözməyərək cibində gəzdirdiyi balaca dəmir bıçaqla qoluna xəsarət yetirmişdir. Protokolda qeyd edilən vaxtda qanunsuz hərəkət etməmiş, heç bir söyüş söyməmiş və ictimai asayişi pozmamış, polis əməkdaşlarının tələbinə tabe olmuşdur. Barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə post yoldşı X3 ilə avtopatrul şəklində xidmətdə olarkən saat təxminən 13:00-da bir nəfər vətəndaşın Yevlax şəhəri F.Əlizadə küçəsində ünvansız küçə söyüşləri söydüyünün şahidi olmuş, patrul yoldaşı Azər Əhmədovla ona yaxınlaşaraq özlərini təqdim etmiş və bu əməlinin qanunsuz oluğunu bildirərək onu nizam-intizama dəvət etmişlər, lakin o, onların tələblərini məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin vətəndaş polis şöbəsinə gətirilmiş və raportla Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişdir. Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 məhkəmə iclasında şahid Nicat Məhərrəmovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamasına dair barəsində kifayət qədər sübut olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində protokol tərtib edilsə də, ətraflı araşdırma aparılmamış, onun tərəfindən həmin inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar toplanaraq məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində ifadə verən polis əməkdaşlarının ifadələrinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Şəxs bilavasitə saxlamış həmin polis əməkdaşlarının ifadələri digər sübutlarla biri digərini tamamladıqda mötəbər sübut kimi qəbul edilə bilər. Halbuki, onların ifadələrini təsdiq edən digər mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 53.0.1. inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Maddə 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Maddə 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən polisin qanuni tələbinə tabe olmamasına dair kifayət qədər sübut müəyyən edilmədiyindən bununla da inzibati xətanın baş verməsi təsdiq edilmədiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-203/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-203/2020
23.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver