Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-203/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Nəbati küçəsi ev 20-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Yevlax Rayon Polis X1 Polis Bölməsində tərtib edilmiş İXP ******* №li, 07 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, mülkiyyətində olan “BMW 530” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında bir neçə il əvvəl başqa şəxsə faktiki olaraq satmışdır. Həmin etibarnamənin qüvvədə olması müddəti bitməsinə baxmayaraq avtomobili satdığı şəxs qanunsuz olaraq idarə edilmiş və dəfələrlə inzibati xəta töətmişdir. Bu səbəbdən DYP-yə müraciət etmişdir ki, həmin avtomobil saxlanılaraq ona təhvil verilsin. DYP-dən ona bildirilmişdir ki, həmin avtomobilin saxlanılaraq duracağa yerləşdirilməsi qəara alınmışdır. Lakin, 22.06.2021-ci il tarixdə həmin avtomobilin onun sahibliyindən olmadığına baxmayaraq barəsində inzibati protokol tərtib edilmiş və inzibati tənbeh edilmişdir. Daha sonra isə həmin inzibati tənbehi icra etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 529.3 maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Həmin avtomobili o, idarə etmədiyi üçün onun adına yazılmış cərimə ilə razı deyil. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 22 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmiş, Şəxs cəriməni ödəmədiyi üçün həmin cərimənin üzərinə 30 manat məbləğində peniya hesablanaraq 80 manat olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 24 noyabr 2021-ci il tarixli, 016-127117A-3222 №li məktubunun surətindən görünür ki, Şəxs müraciəti əsasənda “BMW 530” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq belə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin qeyd edilən məktubu ilə təsdiq olunur ki, Şəxs özünə məxsus “BMW 530” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamənin qüvvədə olması müddəti bitməsinə baxmayaraq digər şəxs tərəfindən qanunsuz olaraq idarə edilməsi ilə bağlı həmin orqana müraciət etmiş və ona bildirlimişdir ki, saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdurş Bununla da, 22 iyun 2021-ci il tarixdə qeyd edilən avtomobilin məhz Şəxs tərəfindən idarə olunması və İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozması təsdiq edilmir. Belə olan təqdirdə, məhz Şəxs tərəfindən törədilməsi sübut olunmayan inzibati xəta haqqında qərarı icra etmədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. İnzibati xətalar Məcəlləsi: Maddə 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Maddə 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta olmasına dair kifayət qədər sübut müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 128.1 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-203/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-203/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver