Məhkəmə qərarları › İş №3(039)-203/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-203/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-203/2024 15.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi İsmayılov Gündüz Ehtibar oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1067/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin və icra məmurunun qanuni tələbini icra etməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1067/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi Yevlax rayon İcra və Probasiya şöbəsinə xx.xx.2023-ci tarixdə daxil olduğunu,həmin tarixdə xx.xx.2023-cü il tarixli icraata başlama qərarı qəbul olunduğunu, X7 cavabdeh Şəxs alınaraq iddiaçı X9 verilməsi barədə Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü X10, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyasının üzvü X4 iştirakı ilə Akt tərtib edilmiş,tərəflərin iştirakı ilə İcra tədbirləri kecirilən zaman uşaq yəni X11 anası ilə getməkdən imtina edib ağlaması səbəbindən uşağın alınıb verilməsi baş tutmamış,uşağın anası ilə getməsi üçün onlar parka gedərək ana ilə ünsiyyətini təmin etdiklərini, lakin uşaq icra şöbəsinə gəldikdə anası ilə getmək istədiyini bildirdi, bir qədər sonra isə fikrini dəyişərək yenidən anası ilə getməyəcəyini bildirirdiyindən bu barədə yanvar ayında protokol tərtib olunmuşdur lakin məhkəmə qərarı ilə xıtam verilmişdir 09 fevral 2024-cü il tarixdə psixoloqun rəyi alınıb buna baxmayaraq Şəxs qərarı icra etmir. X2 məhkəmə iclasında çıxış edərək,uşağı Tural Cəfərovu cavabdek Şəxs alınaraq ona verilməsini, uşağına təziq göstərildiyini, ondan soyudulduğunu, uşağını istədiyini, Yevlax Rayon Məhkəməsinin qətnaməsinin icra olunmasını məhkəmədən xahiş etmişdir Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək, özünün müharibə iştirakçısı olduğunu, Sevda Cəfərova ilə birgə nikah dövründə 2 uşağının olduğunu, nikah pozulduqdan sonra uşağın biri anasında biri isə onda qaldığını, anasında qalan uşaq üçün də aliment ödədiyini, Yevlax rayon məhkəməsinin qətnaməsinin icrasına mane törətmədiyini, oğlu Tural Cəfərovanın anası Sevda Cəfərovada qalması üçün uşağa heç bir təziq göstərmədiyini, uşağı zorla alıb anasına vermək istədiklərini, uşağın anasına könüllü olaraq getmək istəmədiyini, uşağa hec bir psixi təsir göstərmədiyi, onu yanında məcbur saxlamadığını, qərəzli olaraq qətnamənin icrasından boyun qacırtmadığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1067/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin və icra məmurunun qanuni tələbini icra etməkdən yayınmışdır. İcraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1067/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-1067/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir belə ki, Yevlax Rayon Mərkəzi Xəstəxanası psixoloqun rəyində eyni zamanda uşağın videoçəkilşlə aparılmış dindirilməsində Şəxs tərəfindən qərarın üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar