Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-204/2020 24.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X5, Zərər çəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi ev 4-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində həyat yoldaşı X3 döymüşdür. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Əmirxan Namazov bildirmişdir ki, Yevlax şəhəri Ərəblinski küçəsi ev 9-da yaşayan X6 xx xxxx 2020-ci il tarixdə DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə və Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək həyat yoldaşı Şəxs Easim oğlunun onu döyərək xəsarət yetirdiyini bildirərək Şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyinə görə Səminə Ağahəsənovun ərizəsi əsasında toplanmış material üzrə Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Ruslan Əsədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində arvadı Səminə Ağahəsənovanı heç bir səbəb olmadan mübahisə yaradaraq ondan evə ərzaq almasını tələb etmiş, bundan əsəbləşərək evin iki pəncərəsinin şüşəsini vurub sındırmış və Səminə Ağahəsənovanı döymüşdür. Əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxs X6 məhkəmə iclasında bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində yaşadığı evdə həyat yoldaşı Şəxs evə ərzaq alıb gətirməsini bildirmiş, bundan sonra Şəxs evdə münaqişə yaradaraq pəncərənin şüşəsini sındırmış, onun boğazından tutub boğaraq, boğazını dırnaqları ilə cıraraq xəsarət yetirmişdir. Bununla əlaqədar DİN-nin “102” xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmamış və onun barəsində tədbir görülməsini xahiş etdi. Onun həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. İşə əlavə edilmiş 154 №-li, xx xxxx 2020-ci il tarixli Canlı şəxsin məhkəmə-tibb ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, X2 bədənində aşkar olunmuş xəsarət-boyunun on-yan səthinin sıyrıqları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinədən xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-204/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-204/2020
24.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver