Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-2040/2025 27.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Zərərçəkmiş şəxslər X1 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi (vəkil) Vəkil iştirakları ilə, 1949-cu ildə Yevlax rayonunun Aşağı Salamabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, Yevlax rayonunun Aşağı Salamabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:30da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ 21070 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Yevlax rayonunun Ərəş kəndində idarə edən zaman manevr etmə qaydalarını pozaraq, X5 idarə etdiyi “Honda Accord minik” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, “Honda Accord minik” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin vaxt yol kənarında dayanmış X3 məxsus “VAZ 21061 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş, nəticədə maddi ziyanla nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, idarə etmək hüququ olmadan “VAZ 21070 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək Yevlax şəhərinə dərman almağa getmişdir. Yaşadığı kənd ilə şəhər arasında olan məsafə təxminən 9 km-dir. Həyat yoldaşı onkoloji xəstə olduğundan əlacsız qalıb həmin yolu maşınla getmiş və hazırkı hadisə baş vermişdir. Həmin vaxt X5 idarə etdiyi “Honda Accord minik” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürəti yüksək olmuş və onun idarə etdiyi “VAZ 21070 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurmuş, sonra isə “VAZ 21061 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymişdir. Həmin vaxt X5 idarə etdiyi avtomobilin surəti yüksək olduğundan yol nəqliyyat hadisəsi baş vermişdir. Sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsindən və sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdikdən sonar avtomobili idarə etməyin qanun pozuntusu olduğunu bilir. Nəqliyyat vasitələrinə dəymiş maddi ziyanın məbləği ilə razı deyildir. Sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxslərə dəmiş ziyan ödəniləcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxs X4 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus “VAZ 21061 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dayanacağın yanında saxlamış, özü isə dayanacaqda əyləşmişdir. “VAZ 21070 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Honda Accord minik” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, sonra “Honda Accord minik” markalı nəqliyyat vasitəsi onun avtomobilinə dəymişdir. Nəticədə onun avtomobilinə maddi ziyan dəymişdir. Hazırda şikayətçi olmasa da, ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərşəkmiş şəxs X6 verdiyi izahatında göstərmişdir ki, hadisə baş verdiyi ərazidə sürət həddi saatda 40-60 km-dir. Hadisənin baş verdiyi yer yol ayrıcıdır. Həmin yerdə Şəxs idarə etdiyi “VAZ 21070 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, onun idarə etdiyi “Honda Accord minik” markalı **- GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurmuş, onun avtomobili isə X3 məxsus “VAZ 21061 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymişdir. Şəxs işarə vermədən və gözləmədən dönmə əməliyyatı edərək onun idarə etdiyi avtomoibili sol tərəfindən vurmuşdur. Onun avtomobilinin surəti saatda 50 km-dən çox olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayəti olmasa da, maddi ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatları və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:30-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ 21070 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Yevlax rayonunun Ərəş kəndində idarə edən zaman manevr etmə qaydalarını pozaraq, X5 idarə etdiyi “Honda Accord minik” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, “Honda Accord minik” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin vaxt yol kənarında dayanmış X3 məxsus “VAZ 21061 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş, nəticədə maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Yevlax rayonu Ərəş kəndinin ərəzisində baş vermiş, «VAZ-21070 minik» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Honda Accord minik» markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun əks istiqamətində («Honda Accord minik» markalı, ** GJ *** nəqliyyat vasitəsinin zolağında) vurmuş və «Honda Accord minik» markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol kənarında dayanacaqda dayanmış vəziyyətdə olan «VAZ-21061» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqdiyyat vasitəsinə çırpılmışdar. İşə olan Yevlax 1 saylı «Xəzər-Lada» Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 67 saylı rəydən görünür ki, qəzaya uğramış «VAZ-21061» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı həmin nəqliyyat vasitəsinə cəmi 1090 (bir min doxsan) manat maddi ziyanın dəydiyi müəyyən edilmişdir. İşə olan Yevlax 1 saylı «Xəzər-Lada» Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 69 saylı rəydən görünür ki, qəzaya uğramış «Honda Accord minik» markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı həmin nəqliyyat vasitəsinə cəmi 1320 (dörd min üç yüz iyirmi) manat maddi ziyanın dəydiyi müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməəsi ilə bağlı verdiyi izahatını özünümüdafiə kimi qiymətləndirir və nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-2040/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-2040/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver