Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-2041/2025 02.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsinin dövlət avtomobil müfəttişi polis polkovnik-leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Ucar rayonu, Bağman kəndində anadan olmuş, orta təhsilli, işləməyən, 3-cü dərəcəli əlililyi olan, Azərbaycan Respublikasının vətəndaşı, Ucar rayonu, Bağman kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yevlax RQİ və TBŞ-nin inzibati binasında ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yevlax RQİ və TBŞ-nin inzibati binasında ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, bir vətəndaş kimi yaxın və tanışlarının işi olduqda onlarla birlikdə qeydiyyat-imtahan və texniki baxış şöbəsinə gəlir, həmin şəxslərin müraciətlərinə qanuni baxılmasını tələb edir. xx.xx.2025-ci il tarixdə həmkəndlisi Qadir ilə birlikdə Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə gəlmişdir. O, orda səs-küy salmamış, Pərviz Hacıyevə qarşı hər hansı nalayiq ifadələr işlətməmişdir. Sadəcə Qadirin işinə qanuni baxılmasını xahiş etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin dövlət avtomobil müfəttişi, polis polkovnik-leytenantı X2 izahatında göstərdi ki, Şəxs mütəmadi olaraq şöbəyə gəlir, özünə aid olmayan işlərə qarışır, ayrı-ayrı vətəndaşların adına rəsmiləşdirilən nəqliyyat vasitələri üçün ərizələr yazır, şöbənin normal iş ahəngini və vətəndaşlar arasında olan növbəni pozur. xx.xx.2025-ci il tarixdə Şəxs yenə adəti üzrə şöbəyə gəlmiş, vətəndaşlara köməklik adı ilə qanunsuz tələblər irəli sürmüş, həm onun xidməti otağıda, həm də ümumi zalda səs-küy salaraq istəyinə nail olmağa çalışmışdır. Məhkəmədən şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilən DİN BDYPİ-nin Yevlax regional qeydiyyatimtahan və texniki baxış şöbəsində operatoru, polis serjantı X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs şöbəyə gəlmiş, yanında olan bir nəfər şəxslə Pərviz Hacıyevin otağında və ümumi zalda səs-küy salmışdır. Daha sonra polis çağırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən DİN Baş mühafizə İdarəsinin Yevlax rayon mühafizə şöbəsinin polis nəfəri, polis serjantı X4 izahatında göstərdi ki, o, mühafizə polisi olaraq DİN BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində xidmət aparır. xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən Şəxs növbəni gözləmədən Pərviz Hacıyevin xidməti otağına daxil olaraq edərək səs-küy salmışdır. Daha sonra vətəndaşların gözlədiyi zala çıxaraq orada səs-küy salmışdır. O,nizam-intizama dəvət olunsa da, hərəkətlərini davam etdirmişdir. Baş vermiş hadisədən sonra Pərviz Hacıyevin halı pisləşdiyindən rayon xəstəxanasının təcili yardım bölməsinə müraciət edilmiş, polislər isə qanuni tədbir görülməsi üçün Şəxs aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən DİN Baş mühafizə İdarəsinin Yevlax rayon mühafizə şöbəsinin mühafizəçi X7 izahatında göstərdi ki, o, mühafizə polisi olaraq DİN BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində xidmət aparır. Şəxs mütəmadi olaraq ayrı-ayrı vətəndaşlarla şöbəyə gəlir, onların adından əsassız müraciətlər edir, digər vətəndaşlar arasında olan növbəni pozur. xx.xx.2025-ci il tarixdə həmin şəxs yenə yanında bir nəfər şəxslə Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə gələrək əsassız yerə səs-küy salmış, şöbənin iş ahəngini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək, iki-üç gün əvvəl maşınını sənədləşdirmək üçün Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində olarkən Şəxs əsassız yerə onun növbəsinə girərək qabağa keçdiyini, daha sonra isə səs-küy saldığını və ünvansız söyüşlər söydüyünü, sonradan isə polis işçilərinin gəlib həmin şəxsi apardığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yevlax RQİ və TBŞ-nin inzibati binasında ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahid ifadələri, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur Odur ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-2041/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-2041/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver