Məhkəmə qərarları › İş №3(039)-205/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-205/2020

25.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-205/2020 25.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, X3 qızının katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, İnzibati xəta törətmişşəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 03:30 radələrində sərxoş vəziyyətdə Yevlax şəhəri Yeni Yevlax küçəsində ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozumuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 03:30 radələrində 4 saylı marşrutda polis nəfərləri, polis serjantları Məhərrəməli Hüseynov və Səxavət Quliyev xidmətdə olarkən Yevlax şəhəri Yeni Yevlax küçəsində yaşayış binasının qarşısında ictimai yerdə bir nəfər şəxsin ucadan səs-küy salaraq ictimai qaydanı pozduğunu görüb ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmlər, lakin həmin şəxs sərxoş və əsəbi olduğunu üçün öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəszilik polis nəfərləri, polis baş serjantları Məhərrəməli Hüseynov və X2 Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törətmişşəxs Şəxs məhkəmə iclasında qeyd edilən inzibati xətanı törətməkdəözünü təqsirli bilərək söyləmişdir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində Yevlax şəhərinə gəlmiş, burada spirtli içki qəbul etmişdir. Gecə saat 03:30 radələrində sərxoş halda küçədə ucadan səs küy salmışdır. Sonra polis əməkdaşları gəlib, onu polis şöbəsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirərək ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis serjantı Səxavət Quliyev məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə saat 03:30 radələrində 4 saylı marşrutda post yoldaşı polis nəfəri, polis serjantı Məhərrəməli Hüseynov ilə birlikdə xidmətdə olarkən Yevlax şəhəri Yeni Yevlax küçəsində yaşayış binasının qarşısında ictimai yerdə bir nəfər şəxsin ucadan səs-küy salaraq ictimai qaydanı pozduğunu görüb ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs sərxoş və əsəbi olduğunu üçün öz qanunsuz hərəkətlərini davam etdirdiyinə görə tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişdir. Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Bakı şəhəri Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi ev 87-də qeydiyyatda olan Şəxsdur. xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxx 2020-ci il tarixdə saat 05:00-da inzibati qaydada tutulmuşdur. 89 №-li, xx xxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 03:51-də orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Beləliklə, Şəxszibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, şahid ifadəsi və Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan səbəbdən Şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, onun törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi, təqsirinin dərəcəsini və məsuliyyətini yüngülləşdirən halların olmasına dair sübutların müəyyən edilmədiyini nəzərə alıb onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən saat 03:30-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim T oğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar