Məhkəmə qərarları › İş №3(039)-205/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-205/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-205/2022 17.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, Tələbkar X3, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Qaramanlı kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2137/2016 №-li, 09 avqust 2016-cı il tarixli icra sənədinə əsasən, yaranmış 9290 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Fərhad Əliyev məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2137/2016 №-li, 09 avqust 2016-cı il tarixli icra sənədinə əsasən, borclu RəcəbovVüqar Hüseyn oğlundan 28 iyun 2016-cı il tarixdən başlayaraq 27 iyun 2008-ci il təvəllüdlü X5 və 10 fevral 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Ələkbrova Fərqanə tağı qızının xeyrinə verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs yaranmış 9290 manat aliment borcunun ödənilməsi tələb edilmiş və o, 17 fevral 2022-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək X8nın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs onun tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2016-cı il tarixli icra sənədinə əsasən, borclu Şəxs ona 9290 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs ödəniş etmir, cinayət məsuliyyətinə də, cəlb olunmasına baxmayaraq aliment borcunu ödəməmişdir. İşləmir, icra sənədi üzrə aliment borcunun ödənilməsini tələb edir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almışdır. Hazırda icra sənədi üzrə X8ya 9290 manat məbləğində aliment borcu yaranmışdır. X8 uşaqlarını ona göstərmir. Ö, heç bir yerdə işləmir, maddi vəziyyəti çətindir. Hazırda icra sənədi üzrə aliment borcunu X8ya ödəyə bilmir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, X8nın izahatı, icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Fərhad Əliyevin çıxışı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 17 fevral 2022-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar