Məhkəmə qərarları › İş №3(039)-206/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-206/2020

28.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-206/2020 28.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxslər X3 və X8 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Yevlax şəhəri, E.Ağayev küçəsi, döngə 2, ev 31-də yaşayan X1 evinin həyətindən bir ədəd 40 litrlik, 40 manat dəyərində olan aliminium su qabını oğurlamışdır. İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Yevlax şəhəri, D.Qorqud küçəsi, ev 37 A-da yaşayan X12 məxsus evdən 1 ədəd dəyəri 80-90 manat olan samovarı oğurlamışdır. Bununla da X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Bununla bağlı X5 barəsində inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Qasımov Qurban oğlu izah etdi ki, Yevlax şəhəri, Xəqani küçəsi, ev 15-də yaşayan X13 xx xxxx 2020-ci il tarixdə ərizə ilə Yevlax RPŞ-nə müraciət edərək, qohumu X11 Yevlax şəhəri, D.Qorqud küçəsi, 37A ünvanında yerləşən evindən 15-xx xxxx 2020-ci il tarixləri arasında naməlum şəxsin həmin evdən 1 ədəd dəyəri 80-90 manat olan somavarı oğurladığını bildirmişdir. Bundan başqa X3 xx xxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat verərərk nəvəsi Şəxs onun həyətindən su qabını oğurladığını bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, narkotik vasitə istifadəçisidir. Oğurluq və qanunsuz narkotik vasitə saxladığına görə əvvəllər məhkum olunmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində yaşayan nənəsi Mahizərin evinə gedib ondan müalicə olunmaq üçün pul istəmişdir. Lakin nənəsi Mahizər ona pul verməmişdir. Nənəsinin həyətində su kranının yanında 40 litrlik su qabının olduğunu görmüşdür. Nənəsi evdən çıxandan sonra nənəsinin həyətinə daxil olub həyətdən aliminium su qabını götürmüşdür. Su qabını həmin günü Yevlax şəhərində metal qəbul edən məntəqəyə 6 (altı) manata satmışdır. Bundan sonra qonşusu X11 Rusiya Federasiyasında yaşadığını bilib, Abdo Əliyevə məxsus Yevlax şəhəri, D.Qorqud küçəsi, 37A ünvanına yerləşən evin həyətinə girmiş və 1 ədəd somavarı oğurlamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 izahatında bildirdi ki, Şəxs onun nəvəsidir. Səbuhi əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Səbuhi onun yaşadığı evə gələrək ona 25 manat pul verməyimi xahiş etmişdir. Səbuhi narkotik vasitələrdən istifadə etdi üçün Səbuhiyə pul verməmişdir. Bundan sonra qonşunun evinə getmişdir. Həmin gün saat 19 radələrində evinə qayıdanda həyətdə olan 40 litrlik aliminium su qabının yerində olmadığını görmüşdür. Qonşusu Fəridənin 6 yaşlı nəvəsi su qabını nəvəsi Səbuhinin küçə ilə apardığını gördüyünü demişdir. Su qabının dəyəri təxminən 40 manatdır. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və Hazırda Səbuhidən şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 izahatında bildirdi ki, qohumu X4 Federasiyasında yaşayır. Buna görə də X20 şəhəri, D.Qorqud küçəsi, 37A ünvanında yerləşən evinə o nəzarət edir. Həmin evdə yaşayış yoxdur. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə Abdo Əliyevin evinə nəzarət etmək üçün getmişdir. Həmin vaxt evdə oğurluq olmamışdır. Lakin xx xxxx 2020-ci il tarixdə yenidən evə baxmaq üçün getdikdə, evin 1-ci mərtəbəsində yerləşən təsərrüfat əşyalarının saxlanıldığı otaqdan 1 ədəd somavarm oğurlandığını aşkar etmişdir. Somavarm dəyərini təxminən 80-90 manat olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, şahid X8 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X7 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2010-ci il tarixli, qərarlardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş arayışdan görünür ki, işlənmiş vəziyyətdə 1 ədəd dəmir samovarın bu günkü bazar qiyməti 80 (səksən) manat təşkil edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş arayışdan görünür ki, 1 ədəd 40 litrlik işlənmiş aliminium su qabının orta bazar qiyməti 40-50 manat təşkil edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 16.00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edirki Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, inzibati xətanı müxtəlif vaxtlarda törətmsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrıayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx xxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,işləməyən, Yevlax şəhəri, D.Qorqud küçəsi, ev 32-də qeydiyyatda olan və yaşayan Şəxs oğu xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protoko üzrə 01 (bir) ay müddətinə və xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protoko üzrə Azərbaycan Respubilkası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətində və inzibati həbs edilsin. Həmin inzibati tənbeh tədbirlər qismən toplanaraq onun üzərində qəti olaraq 01 (bir) ay müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 16.00-dan hesablansın. Şəxs 80 (səksən) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X12 ödənilsin. Şəxs 40 (qırx) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X2 ödənilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar