Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-206/2022 17.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 17.02.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16.02.2022-ci il tarixdə saat 17:00-da Yevlax şəhəri Nizami prospektində ucadan səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 çıxış edərək bildirmişdir ki, 16.02.2022-ci il tarixdə rayon polis şöbəsinin polis əməkdaşları Yevlax şəhəri Nizami prospektində xidmətdə olan zaman bir nəfər vətəndaşın özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşan zaman vətəndaş polis əməkdaşlarından qaçmağa başlamışdır. Polis əməkdaşları onu qaçmamağa çağırsalarda vətəndaş qaçmağa davam etdiyi üçün polis əməkdaşları onu yaxalayaraq rayon polis şöbəsinə aparan zaman vətəndaş ucadan səs-küy salmışdır. Polis əməkdaşları onu nizam-intizamlı olmağa dəvət etmişlər. O, həmin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və nəticədə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, 16.02.2022-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri Nizami prospekti ilə piyada hərəkətdə olan zaman o, tualetə getmək istməsi səbəbindən eytiyacını küçədə etmək qərarına gəlmiş və həmin vaxt polis əməkdaşlarını gördükdən sonra qorxub qaçmağa başlamışdır. Daha sonra polis əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə gətirmişdilər. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X4 izahatında bildirmişdir ki, 16.02.2022-ci il tarixdə post yoldaşı X5 ilə birlikdə Yevlax şəhəri Nizami prospektində xidmətdə olan zaman bir nəfər vətəndaşın özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşan zaman vətəndaş onlardan qaçmağa başlamışdır. Onlar həmin vətəndaşı qaçmamağa çağırsalarda vətəndaş qaçmağa davam etdiyi üçün onlar vətəndaşı yaxalayaraq rayon polis şöbəsinə aparan zaman vətəndaş ucadan səs-küy salmışdır. Onlar həmin vətəndaşı nizam-intizamlı olmağa dəvət etmişlər. Vətəndaş onların qanuni tələblərinə tabe olmamış və nəticədə tərəflərindən saxlanılaraq şöbəyə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis kiçik serjantı X5 şahid X2 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 17.02.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16.02.2022-ci il tarixdə saat 17:00-da Yevlax şəhəri Nizami prospektində ucadan səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 16.02.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 16.02.2022-ci il tarixdə saat 19:20-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 16 fevral 2022-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-206/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-206/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver