Məhkəmə qərarları › İş №3(039)-208/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-208/2020

31.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-208/2020 31.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax stansiya XPŞ-nin İTQ-nun YYÇ işləri üzrə inspektoru polis kapitanı Kərimov Sadiq Şöhlət oğlunun, zərərçəkmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X2 X4 Xətt Polis Şöbəsinindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X2 X4 Xətt Polis Şöbəsinində tərtib olunmuş iş materialları xx xxxx 2020-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax dəmiryol stansiyasının ərazisində ümumi dəyəri 88 manat olan dəmir yoluna aid olan avadanlıqları oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Yevlax stansiya XPŞ-nin İTQ-nun YYÇ işləri üzrə inspektoru polis kapitanı Kərimov Sadiq Şöhlət oğlu məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin infrastruktur departeminti 13 nömrəli X3 daxil olmuş xx.xx.2020-ci il tarixli müraciətdə həmin gün saat 16:00 radələrində dəmiryolunun yaxınlığında 10 saylı yol dəyişən qurğunun yaxınlığından yol sahəsinə aid 2 ədəd dörd deşikli mufta, 1 ədəd iki deşikli mufta, 10 ədəd D-65 tipli rels altlığı, 7 ədəd R-65 tipli calaq boltu və 2 ədəd tiyənin yastığının oğurlandığı bildirilmişdir. Aparılmış araşdırma zamanı qeyd edilən avadınlıqların Şəxs tərəfindən oğurlandığı müəyyən olunmuşdur. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən inzibati xətaya görə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X5 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində dəmiryolunun yaxınlığında 10 saylı yol dəyişən qurğunun yaxınlığından yol sahəsinə aid 2 ədəd dörd deşikli mufta, 1 ədəd iki deşikli mufta, 10 ədəd D-65 tipli rels altlığı, 7 ədəd R-65 tipli calaq boltu və 2 ədəd tiyənin yastığının oğurlanmışdır. Bu günə qədər onlara dəymiş ziyan Şəxs tərəfindən ödənilmədiyini və ondan şikayətçi olduqlarını bildirərək onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində dəmiryolunun yaxınlığında qamışlıq ərazidə dəmir yoluna aid dəmir avadanlıqlarını tapmışdır. Həmin günü həmin dəmir avadanlıqları və əvvəlcədən yığdığı dəmir əşyalarını metal qəbulu məntəqəsin aparmışdır. Polis əməkdaşları gəlib ona dəmir yolunun ərazisindən oğurluq etdiyini bildirmişlər. Bundan sonra o, həmin dəmir avadanlıqlarını polis əməkdaşlarına təhvil verərək həmin avadanlıqları tapdığını bildirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx xxxx 2020 il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması qərara alınmışdır; xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax dəmiryol stansiyasının ərazisində ümumi dəyəri 88 manat olan dəmir yoluna aid olan avadanlıqları oğurlamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Şəxs izahatınnan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində dəmiryolunun yaxınlığında qamışlıq ərazidə dəmir yoluna aid dəmir avadanlıqlar tapmışdır. Həmin avadanlıqları satıb pul əldə etmək üçün metal qəbulu məntəqəsinə aparıb 20 manata satdıqdan sonra polis əməkadaşları gəlib həmin əşyaların oğurluq olduğunu bildirmişlər. Bundan sonra 20 manat pulu metal qəbulu məntəqəsinə qaytarıb və metal avadanlıqları isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmişin nümayəndəsinin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 31 (otuz bir) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar