Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-209/2020 01.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X6, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs-xx xxxxxx 1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən,Yevlax şəhəri M.Hüseyn küçəsi ev 13-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:45 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində X3 söyüb təhqir etmiş, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Yevlax şəhəri Koroğlu küçəsi ev 2-də yaşayan X1 Rayon Polis Şöbəsinin ərizə ilə müraciət edərək Yevlax rayonu Aran qəsəbəsində çörək sexi işlədən Əli adlı şəxsin onun işlətdiyi ərzaq mağazasına gələrək, mağazada və küçədə nəlayiq küçə söyüşləri söyüb təhqir etdiyi üçün barəsində tədbir görülməsini xahiş etmişdir. Ərizəyə əsasən tərəfindən araşdırma aparılmış, Şəxs və X2 izahatları alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxxx 2020-ci il tarixdə təxminə saat 14 radələrində oğlu Amin Əliyev ilə Mingəçevir şəhərindən gəlib evdə olan zaman mobil telefonuna üç zəng gəldiyini görmüş, zənglər Yeganə Qələndərovadan gəldiyi üçün Yeganə Qələndərovaya zəng edib bacı sözü ilə müraciət etmişdir. Yeganə Qələndərova yüksək tonla danışaraq onu söyüb təhqir etmiş və telefonu söndürmüşdür. Telefonu söndürdüyü üçün əsəblərini sakit etmək səbəbindən oğlu Amin Əliyevlə birlikdə Yeganə Qələndərovanın işlətdiyi mağazaya getmiş, mağazada aralarında olan mübahisə zamanı Yeganə Qələndərova onu yenidən söyüb təhqir etdiyi üçün ona qarşı nəlayiq ifadələr işlətmişdir. Yeganə Qələndərovadan üzr istəyir, törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, xx xxxx 2020-ci il tarixdə günorta vaxtlarında işlətdiyi ərzaq mağazasında çörək qurtardığı üçün Şəxs zəng etmiş, onun telefonuna cavab vermədiyi üçün başqa telefonla zəng edərkən telefonu açıb mağazaya çörək göndərməsini xahiş etdikdə, çörək göndərməyəcəyini bildirərək telefonu söndürmüşdür. Həmin gün təxminən saat 14 radələrində Şəxs işlətdiyi mağazaya gələrək onu mağazanın içərisində və küçədə nəlayiq küçə söyüşləri ilə söyüb təhqir edərək getmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxs X2 ifadəsi, polis sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-209/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-209/2020
01.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver