Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-209/2022 04.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 ilə, Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 yanvar 2022-ci il tarixli qərarı əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Polis sahə rəisi, polis baş leytenantı X10 əvvəlki məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Yevlax şəhəri C.Məmmədquluzadə küçəsi ev 2-də yaşayan X11 03 yanvar 2022-ci il tarixdə Telman adlı şəxs tərəfindən döyülməsi barədə 03 yanvar 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar Yevlax Rayon Polis X4 araşdırmalar aparılmışdır. Yevlax Rayon Polis X5 13 yanvar 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta hadisəsi baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X3 Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əvvəlki məhkəmə iclasında izahat verərək bildirdi ki,03 yanvar 2022-ci il tarixdə X15 barəsində Yevlax Rayon Polis Şöbəsinə şikayət etmişəm. X12 evinə tərəf su nasosu qoyduğuna görə onun səsi onu narahat edir. O, kanalizasiya xəttini onun evinə doğru çəkdiyinə görə çirkab suları həyətinə axmışdır. O, həmin gün mağazaya gedərkən Rəsul Aslanlı onun üstünə hücüm çəkərək üst geyimini zədələmişdir. O, onu əli ilə özündən uzaqlaşdırmış və ona hər hansı xəsarət yetirməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs X13 izahat verərək bildirmişdir ki, 03 yanvar 2022-ci il tarixdə qonşusu Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsinə şikayət etmişdir. Şəxs evlərində olan qaz sobasının dəmirdən olan borusunu onların evin istiqamətində düzəltmişdir. Bu barədə bir neçə dəfə aralarında söz söhbət yaranmış və Telman onun sözlərinə əhəmiyyət verməmişdir. 03 yanvar 2022-ci il tarixdə saat 12:00 radələrində qonşusu Şəxs yaşadığı ünvandan küçəyə çıxmış və onunla aralarında münaqişə yaranmışdır. Telman onun baş nahiyyəsindən yumruqla vurmuş və üstünə hücüm çəkmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri zərər çəkmiş şəxs Rəsul Aslanlının izahatı, Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis mayoru X7 13 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə və Yevlax Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı X10 tərəfindən tərtib edilmiş MN ******* №-li, 21 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddə 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Maddə 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis mayoru X7 13 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və qərarın qəbul olunduğu vaxtdan üç aydan artıq müddət keçmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 38.3 maddəsi ilə nəzərdə tutulmuş müddət başa çatdığından Şəxs barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.1, 128.2.1 və 129-cu maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X6 göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X8 ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-209/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-209/2022
04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver