Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-21/2020 09.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:30-da Yevlax şəhəri, D.Qorqud küçəsində ictimai yerdə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:30-da Yevlax şəhəri, D.Qorqud küçəsində yaşayan Şəxs izahatının alınması üçün həmin şəxsin yaşadığı ünvana gedən zaman onun ucadan nalayiq ifadələr işlətdiyinin və ictimai qaydanı kobudcasına pozduğunu görmüşdür. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə öz atası ilə mübahisələri olduğundan o, küçədə əsəbi olduğundan səs-küy salmağa başlamışdır. Onun hərəkətlərindən atası polis şöbəsinə şikayət etdiyindən polis əməkdaşları həmin ünvana gəldikdən sonra onu nizamintizama dəvət etsələr də o, əsəblərini cilovluya bilmədiyi üçün səs-küy salmağa davam etmişdir. Əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon PŞ-nin olis serjantı X3 izahatında xx.xx.2020-ci il tarixdə saat 17:30-da Yevlax şəhəri, D.Qorqud küçəsində yaşayan Şəxs izahatının alınması üçün həmin şəxsin yaşadığı ünvana gedən zaman onun ucadan nalayiq ifadələr işlətdiyinin və ictimai qaydanı kobudcasına pozduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:30-da Yevlax şəhəri, D.Qorqud küçəsində ictimai yerdə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; X1 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, oğlu Şəxs narkotik aludəçisidir və o, yaşadıqları evdə ev əşyalarını sataraq narkotik maddə alır və onunla mütamadi olaraq münaqişə edir. Bu səbəbdən də onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir; Yevlax Rayon Polis Şöbəsinin Növbətçi hissəsinin məsul növbətçisi, polis mayoru Musa Quliyevin xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 16:18-də Azərbaycan Respublikası DİN-in “102” zəng xidməti mərkəzindən ********* saylı məlumat verilərək bildirildi ki, Yevlax şəhəri D.Qorqud küçəsi, ev 32-də yaşayan X4 ***-***-**-** saylı nömrədən zəng edərək, narlotik aludəçisi olan Səbuhinin ev əşyalarını sataraq narkotik alması və onunla münaqişə etməsi barədə məlumat vermişdir; Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2 xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə icraatında olan materialın icrası ilə əlaqədar olaraq Yevlax RPŞ-nin polis nəfəri, polis serjantı Arif Məhərrəmov ilə birlikdə saat 17:30-da Yevlax şəhəri, D.Qorqud küçəsində yaşayan Şəxs izahatının alınması üçün həmin şəxsin yaşadığı ünvana gedən zaman o, ucadan nalayiq ifadələr işlətdiyinin və ictimai qaydanı kobudcasına pozduğunu görmüşlər. Onlar həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim edərək nizam-intizama dəvət etmişlər. Lakin Şəxs heç öz hərəkətlərinə davam etmişdir. Bu səbəbdən də həmin şəxs tərəflərindən saxlanılaraq Yevlax RPŞ-nə gətirilmişdir; xx xxxxxx 2020-ciil tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 18.30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid ifadəsi eləcə də,inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx xxxxxx 2020-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 50 (əlli) manat məbləğində müəyyən edilsin. xx xxxxxx 2020-ci il tarixdə tutulmuş Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-21/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-21/2020
09.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver