Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-21/2024 19.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmət 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi vergi xidməti müşaviri X6, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmət 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 16 oktyabr 2023cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:27-də inzibati xəta haqqında icraatın başlanması haqqında qərardad üzrə toplanmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, xx.xx.2023-cü ul tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və alınmış izahatlar əsasında İXM-nin 398-ci maddəsinin tələblərini pozmaqla 20298 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmət 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi vergi xidməti müşaviri X13 məhkəmə iclasında çıxış edərək, İddiaçı Şəxs cavabdeh X7 qarşı pul tələbinə dair mülki işin məhkəmə baxışı zamanı ayrı-ayrı şəxslərə pul kreditinin verilməsi barədə, yəni qanunsuz sahibkarlıq fəaliyyəti cinayətinin əlamətləri olduğundan Yevlax rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli xüsusi qərardadı və Şəxs qanunazidd hərəkətləri barədə Tacirə Vahabova, Pərvanə Baxşıyevə, Qəndab Əliyeva, Gülnarəsəmalı Mehyəddinova və Yasin Musayevin müraciətləri üzrə toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinə daxil olmuşdur. Araşdırma zamanı X11, X8, X1, X17 və X14 izahatlarında, 01 aprel 2012-ci ilin tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövrdə Şəxs kreditə pul götürdüklərini və ona faiz ödədiklərini qeyd etmişlər. Şəxs əməlinə obyektiv hüquqi qiymət verilməsi üçün onun fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə vergi uçotunda olmadığı dövrdə, eləcə də vergi uçotuna alındıqdan sonra (ayrı-ayrılıqda) hansı miqdarda ziyan vurması, habelə hansı miqdarda gəlir əldə etməsinin müəyyən edilməsi üçün 24 avqust 2023-cü il tarixdə mütəxəssis cəlb edilmiş və qərar icra olunması üçün toplanmış material Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinə təqdim olunmuşdur. Baş İdarənin Audit şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********014000 nömrəli mütəxəssis rəyinə əsasən, fiziki şəxs Şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə 20298,0 manat məbləğində qanunsuz gəlir əldə etməsi müəyyən olunmuşdur. Beləliklə də, Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan, pul krediti verməsi nəticəsində az miqdar təşkil edən, 20298,0 manat məbləğində qanunsuz gəlir əldə etməsi tam olaraq sübuta yetirilmişdir. Fiziki şəxs Şəxs 20298,0 manat məbləğində qanunsuz gəlir əldə etməsinə hüquqi qiymət verərkən belə nəticəyə gəlinir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, az miqdarda, yəni əlli min manatdan yuxarı olmayan məbləğdə gəlir əldə etmə inzibati xəta hesab edilir. Həmin məcəllənin 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Odur ki, Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan, pul krediti verməsi nəticəsində 20298,0 manat məbləğində qanunsuz gəlir əldə etməsi taktına dair toplanmış 23-0000-xx-xx-001985 nömrəli materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin tərkibi olduğundan, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, Yevlax şəhərində mərkəzi bazarda paltar alışı və satışı ilə məşğuldur. O, tanıdığı şəxlərə nisyə olaraq paltar satır və sonra həmin adamlar borclu olduqları pulun məbləğini ona qəbz formasında yazırlar.Tacirə Vahabovaya aid olan qəbzdə “faizə götürdüm” sözünün sonradan özünün qeyd etdiyini,bu işlər üzrə qərardadların mövcud olduğu, o , kimlərəsə “sələmə” pul vermədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 16 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:27-də inzibati xəta haqqında icraatın başlanması haqqında qərardad üzrə toplanmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və alınmış izahatlar əsasında İXM-nin 398-ci maddəsinin tələblərini pozmaqla 20298 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 3(039)-707/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə geri qaytarılmışdır. 05 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,Şəxs tərəfindən 20298.0 manat məbləğində qanunsuz gəlirin əldə olunması barədə toplanmış 23-000-xx-xx-001985 nömrəli material üzrə cinayət işinin başlanması,əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilsin. 11 sentyabr 2023-cü il tarixli Mütəxəssiz rəyindən görünür ki ,X11,X9, X2, X17 və X12 tərəfindən götürülmüş 4680.00 manat kreditə görə 20298.00 manat faiz ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki,adları qeyd olunan şəxslərin vermiş olduğu izahatlarından, 11 sentyabr 2023-cü il tarixli mütəxəssiz rəyindən,X5 Şəxs borc müqaviləsində “faizə götürdüm” ifadəsinin qeyd olunmasını nəzərə alaraq Rəhimova X10 Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək iki misli miqdarında 20298*2=40596 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-21/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-21/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver