Məhkəmə qərarları › İş №3(039)-211/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-211/2020

01.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-211/2020 01.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin baş inspektoru, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Neftkəməri küçəsində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:10 radələrində Yevlax şəhəri H.Əliyev prospektində karantin rejimi qaydalarını pozmuş, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozması inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin baş inspektoru, polis mayoru Ülvi Əsədov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrasının təşkil edilməsinə dair” xx xxxx 2020-ci il tarixli, Ə304-001 saylı əmrinin icrası ilə əlaqədar olaraq xx xxxx 2020-ci il tarixdə saat 18:10 radələrində Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün komandiri, polis kapitan Nicat Əliyev, manqa komandiri, polis baş serjantı Zaur Mehdiyev və polis nəfəri, polis serjantı X7 şəhəri H.Əliyev prospektində vətəndaşlara “evdə qal” kompaniyasına qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman, iki nəfər şəxsin orada dayanmasına zərurət olub-olmamasını soruşduqda, həmin şəxslərdən biri heç bir zərurət olmadan dayandıqlarını bildirmiş, polis əməkdaşları tərəfindən dəfələrlə evinə getməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin şəxslər evlərinə getməyərək karantin qaydalarını qəsdən pozduqları üçün onları polis əməkdaşları Yevlax Rayon Polis Şöbəsinə gətirilmişlər. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Yevlax şəhər sakinləri xx xxx 1998-ci il təvəllüdlü Şəxs və xx xxxxxx 1996-cı il təvəllüdlü Şəxs oğldur. Bundan sonra həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün Yevlax Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət edilmişdir. Raporta əsasən araşdırma aparılmış onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18:10 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Ağ Zambaq” kafesinin qarşısında qardaşı İbad İmanov ilə birlikdə dayanan zaman polis əməkdaşları onlara yaxınlaşaraq hansı zərurətlə əlaqədar ərazidə dayanmalarını soruşduqda heç bir zərurət olmadan dayandığını bildirmiş, polis əməkdaşları onlara yaşadıqları evlərinə getmələrini bildirsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Törətdiyi əmələ görə səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün komandiri, polis kapitanı Nicat Əliyev məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18:10 radələrində manqa komandiri, polis baş serjantı Zaur Mehdiyev və polis nəfəri, polis serjantı Elşən İsmayılov ilə birlikdə Yevlax şəhəri H.Əliyev prospektində vətəndaşlara “evdə qal” kompaniyasına qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman, iki nəfər şəxsin orada dayanmasına zərurət olub-olmamasını soruşmuş, həmin şəxslərdən biri heç bir zərurət olmadan dayandıqlarını bildirmiş, tərəfindən dəfələrlə evinə getməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin şəxslər evlərinə getməyərək karantin qaydalarını qəsdən pozduqları üçün onları Yevlax Rayon Polis Şöbəsinə gətirilmişlər. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Yevlax şəhər sakinləri xx xxx 1998-ci il təvəllüdlü Şəxs və xx xxxxxx 1996-cı il təvəllüdlü Şəxsdur. Bundan sonra həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün manqa komandiri, polis baş serjantı Zaur Mehdiyev məhkəmə iclasında şahid Nicat Əliyevin verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında X1 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin X2 X4 X6 xx xxxx 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının X2 qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxx 2020-ci il tarixdə saat 18:30-dan inzibati qaydada tutulmuşdur. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadələrini, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Əmirxan Namazov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar