Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-211/2022 21.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, 04.14.1974-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 21 fevral 2022-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri 1 saylı mərkəzi bazarında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Əmirxan Namazov 21 fevral 2021-ci il tarixdə Yevlax şəhər 1 saylı Bazarda xidmətdə olarkən saat 11:30 radələrində 1 saylı Mərkəzi bazarda bir nəfər şəxsin sərxoş vəziyyətdə ictimai qaydanı pozaraq ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra polis sahə rəisi, polis mayoru Əmirxan Namazov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 21 fevral 2022-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri 1 saylı Mərkəzi Bazarda xidmət aparan polis əməkdaşı Vüsal adlı şəxsdən yeznəsinə olan pul borcunun qaytarılmasını tələb etmiş, həmin vaxt aralarında mübahisə yaranmışdır. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşı yaxınlaşaraq onu sakitləşdirmək istəsədə o, içkili olduğundan ucadan səs-küy salmışdır. Polis əməkdaşı onu məcburi qaydada rayon polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Polis sahə rəisi, polis mayoru Əmirxan Namazov məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 21 fevral 2021-ci il tarixdə Yevlax şəhər 1 saylı Bazarda xidmətdə olarkən saat 11:30 radələrində 1 saylı Mərkəzi bazarda bir nəfər şəxsin sərxoş vəziyyətdə ictimai qaydanı pozaraq ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. 33 №-li, 21 fevral 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs 21 fevral 2022-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş vəziyyətdə olmasını məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-211/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-211/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver