Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-211/2024 18.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Məmmədov Cavid Faiq oğlunun katibliyi, Yevlax rayon Polis X4 Bölməsinin polis sahə rəisi, polis mayoru X8, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1974-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri E.Ağayev küçəsi ev 88-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X4 Bölməsinin polis sahə rəisi, polis mayoru İldırım Əsədov çıxış edərək bildirmişdir ki, rayon polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis serjantları xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman həmin küçədə “Mazda6” markalı, 50CE155 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü azyaşlı uşaq olduğu üçün polis əməkdaşları tərəfindən sayrışan işıq və səs gücləndiricilər vasitəsi ilə saxlanılmış, o, sürücüyə yaxınlaşaraq avtomobilə dair sənədlərinin təqdim etməsini tələb etmiş, bu zaman ön sag oturacaqdan bir nəfər düşərək onlara yaxınlaşmış və azyaşlının atası olduğunu bildirmişdir. Onlar həmin avtomobili planşet vasitəsi ilə yoxlayan zaman məlum omuşdur ki, avtomobilin üzərində 2 aydan çox ödənməyən cərimə borcları varır, avtomobilə saxlanılsın verilmişdir. Azyaşlının valideyni olan adı soyadı sonradan məlum olan Şəxs avtomobili duracağa yerləşdirəcəkləri bildirdikdən sonra, Şəxs avtomobili rayon polis şöbəsinin müvəqqəti duracağına aparılmasına maneəçilik törətmişdir. Bundan sonra Şəxs avtomobiili təhvil verməyəcəyini, heç bir sənəd təqdim etməyəcəyini və getməyəcəyini bildirmişdir. Onlar həmin şəxsi nizam intizama dəvət etmiş, lakin həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq dahada aqresivləşərək onlara kobudluq edərək, heç bir qanuni tələblərinə tabe olmamış və onlar həmin yerə Post patrul xidməti əməkdaşlarını dəvət edərək Şəxs piolis şöbəsinə aparmışlar. Bundan sonra avtomobil rayon polis şöbəsinin dayanacağına gətirilmiş və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü qismən təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:00-a radələrində özünə məxsus ”Mazda6” markalı avtomobilində oğlu ilə Yevlax şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən sayrışan işıq və səs gücləndiricilər vasitəsi ilə saxlanılmışdır. Polis əməkdaşları ona avtomobilin üzərində 2 aydan çox ödənməyən cərimə borcu olduğunu və avtomobili rayon polis şöbəsinin müvəqqəti duracağına aparılacağını bildirmişlər. Bundan sonra o, avtomobiili təhvil verməyəcəyini, heç bir sənəd təqdim etməyəcəyini və getməyəcəyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları həmin yerə Post patrul xidməti əməkdaşlarını dəvət edərək onu polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır, barəsində inzibati cərimə növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru polis baş serjantı X9 çıxış edərək bildirmişdir ki, YPX-nin ispektoru, polis baş serjantı X10 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman həmin küçədə “Mazda6” markalı, 50CE155 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü azyaşlı uşaq olduğu üçün tərəfindən sayrışan işıq və səs gücləndiricilər vasitəsi ilə saxlanılmış, o, sürücüyə yaxınlaşaraq avtomobilə dair sənədlərinin təqdim etməsini tələb etmiş, bu zaman ön sag oturacaqdan bir nəfər düşərək onlara yaxınlaşmış və azyaşlının atası olduğunu bildirmişdir. Onlar həmin avtomobili planşet vasitəsi ilə yoxlayan zaman məlum omuşdur ki, avtomobilin üzərində 2 aydan çox ödənməyən cərimə borcları var, avtomobilə saxlanılsın verilmişdir. Azyaşlının valideyni olan adı soyadı sonradan məlum olan Şəxs avtomobili duracağa yerləşdirəcəkləri bildirdikdən sonra, Şəxs avtomobili rayon polis şöbəsinin müvəqqəti duracağına aparılmasına maneəçilik törətmişdir. Bundan sonra Şəxs avtomobiili təhvil verməyəcəyini, heç bir sənəd təqdim etməyəcəyini və getməyəcəyini bildirmişdir. Onlar həmin şəxsi nizam intizama dəvət etmiş, lakin həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq dahada aqresivləşərək onlara kobudluq edərək, heç bir qanuni tələblərinə tabe olmamış və onlar həmin yerə Post patrul xidməti əməkdaşlarını dəvət edərək Şəxs piolis şöbəsinə aparmışlar. Bundan sonra avtomobil rayon polis şöbəsinin dayanacağına gətirilmiş və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X13 şahid X6 izahatına uyğun izahat verdi. X1 məhkəmə iclasında Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00-də radələrində Yevlax şəhəri H.Əliyev prospektində səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; xx.xx.2024-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:50-dən tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı) halın olması və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 17 aprel 2024-cü il tarixdən saat 22:55-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil X5 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-211/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-211/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver