Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-212/2020 02.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X3, Zərər çəkmiş şəxs X1, İnzibati xəta törətmişşəxs Şəxs, xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 4A, mənzil 8-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli protokolda qeyd olunur ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Protokol tərtib edən Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X5 məruzə edərək bildirmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində ictimai yerdə, yəni Yevlax şəhəri Q.Quliyev küçəsində prospektində Ceyhun Kərimxanovu söyüb təhqir edərək sinəsindən itələmiş, sonuncunun şikayəti əsasında Şəxs polis şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini xx xxxxxx 1991-ci il təvəllüdlü Şəxsdur. Bundan sonra həmin şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində Yevlax şəhər İcra Hakimiyyətinin müavini və digər işçilər tərəfindən yaşadığı evin qarşısında tikilən artırmanı sökəcəklərini bildirmişlər. O, da tikilinin çoxdan tikildiyini, sökülməsinə etirazını bildirmişdir. Bu səbəbdən Ceyhun Kərimxanovla aralarında mübahisə yaranmış, bundan əsəbləşərək onun ünvanına küçə söyüşləri etmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Yevlax şəhər Q.Quliyev küçəsində yerləşən iki mərtəbəli yaşayış binasının qarşısında İcra Hakimiyyətinin işçiləri ilə birlikdə abadlıq işləri apararkən Şəxs küçədə ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyərək onları təhqir etmişdir. O, Şəxs sakitləşdirməyə çalışsa da, Şəxs öz xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Ona görə də bu barədə Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmişin izahatı, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Qurban Qasımov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on gün) müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən saat 09:30-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-212/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-212/2020
02.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver