Məhkəmə qərarları › İş №3(039)-212/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-212/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-212/2022 21.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax stansiyası X8 X11 Məntəqəsinin rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Şəki tayı 38-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax stansiyası X7 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 29 dekabr 2021-ci il tarixdə Baş Mingəçevir-Mingəçevir Şəhər Dəmir yol ərazisindən 113 metr kabel oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax stansiyası X8 X11 Məntəqəsinin rəisi, polis baş leytenantı Bəylər Hüseynov izah etdi ki, 29 dekabr 2021ci il tarixdə saat 13:05-də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 9 saylı Yevlax Rabitə və İşarəvermə sahəsindən Yevlax stansiyası X9 növbətçi hissəsinə daxil olmuş HK-2/29 saylı telefon məlumatında Baş Mingəçevir-Mingəçevir şəhər dəmir yol mənzilinin 2-ci km, pk 2-də 113 metr kabelin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Bu barədə DYNPİ-nin Yevlax stansiyası X8 İstintaq və Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax stansiyası X8 İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X5 15 fevral 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax stansiyası X8 X3 göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir, 29 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhərindən Yevlax şəhərinə pulu olmadığı üçün dəmir yol xətti ilə piyada gəlirmiş. Yevlax rayonu Aran qəsəbəsi ərazisində dəmir yol xəttinin üzərində təxminən 100-110 metr uzunluğunda kabel görmüş və onu yerdən çıxarıb çıxarıb ehtiyyacı olduğu üçün satmışdır. Törətdiyi əmələ görə səmimi peşmandır. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Dəmir Yol QSC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Telefon əlaqəsi zamanı Azərbaycan Dəmir Yol QSC-nin nümayəndəsi dəymiş ziyanının 87 manat 20 qəpik məbləğində müəyyən edilməsinə etirazlarının olmadıqlarını bildirmişdir. İşə əlavə edilmiş Yevlax stansiyası X8 İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X5 15 fevral 2022-ci il qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmış və həmin qərarda oğurluq hadisəsi nəticəsində Azərbaycan Dəmir Yol Qapalı Səhmdar Cəmiyyətinə 87 manat 20 qəpik məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs 87 manat 20 qəpik məbləğində ziyan alınıb Azərbaycan Dəmir Yol QSC-nin xeyrinə ödənilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar