Məhkəmə qərarları › İş №3(039)-213/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-213/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-213/2022 22.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və onun müdafiəçisi X3 iştirakı ilə, 24.11.1975-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bərdə rayonu Samux kəndində yaşayan. X9 barəsində Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş materialda qeyd olunur ki, 19 oktyabr 2021-ci il tarixdə X5 üzərinə müdafiəçisinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı üzərindən 1 ədəd selofan bükülüdə 0,36 qram heroinə bənzər kütlə aşkar edilmişdir. Bununla da X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında saxlanılması inzibati xətanı törətmişdir. Yevlax rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri X6 bildirmişdir ki, X9 qanunsuz olaraq şəxsi istehlak miqdarında 1 ədəd selofan bükülüdə 0,36 qram heroin əldə edib saxladığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məslənəsinə baxılması üçün materaillar üzrə Yevlax Rayon Polis X1 müstəntiqi, polis kapitanı Xəzər Eldarov tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 23 yanvar 2022-ci il tarixli qərarın surəti rayon prokurorluğuna göndərilmişdir. Yevlax Rayon Prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasovun inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında 14 fevral 2022-ci il tarixli qərarı ilə X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Elbəy Qəribov bildirdirmişdir ki, bir neçə aydır ki, narkotik vasitə olan tiryək istifadə edir. 19 oktyabr 2021-ci il tarixdə axşam saatlarında 8 manat məbləğində pul verərək Anar adlı şəxsdən bir bükümdə olan narkotik vasitə tiryək almışdır. O, aldığı narkotik vasitəni əynindəki gödəkçənin sağ yan cibinə qoymuş, özünə məxsus avtomobil ilə hərəkət edərkən polis əməkdaşları onu saxlamışdır. Həmin vaxt polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmiş, o, isə etiraz etmədən polis avtomaşınına əyləşərək rayon polis şöbəsinə gətirilmişdir. Üzərində olan narkotik vasitə olan tiryəki polis əməkdaşlarına təhvil vermişdir. Həmin narkotik vasitəni satmaq məqsədi olmamış, istifadə üçün almışdır. İİİ qrup əlildir, əməlindən peşmandır. X5 həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Yevlax Rayon Polis X1 müstəntiqi, polis kapitanı Xəzər Eldarovun sübutların qiymətləndirilməsi haqqında 23 yanvar 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə X9 barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Elbəy Qəribov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Yevlax Rayon Prokuroru baş ədliyyə müşaviri Ceyhun Almasovun inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında 14 fevral 2022-ci il tarixli qərarından görünür ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 20 oktyabr 2021-ci il tarixli, 17/758 №-li ekspert rəyindən görünür ki, “şübhəli şəxs X5 üzərindən aşkar edilmiş narkotik vasitə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) sellofan bükümdə, təmiz çəkisi 0,331 qram olan maddə xas-xas bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. İnzibati Xətalar Məcəlləsi: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. X7 Yevlax şəhər Vəkil Bürosunun vəkil X3 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar