Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-214/2020 05.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 18:50 radələrində Yevlax rayonu Malbinəsi kənd ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq karantin qaydalarını pozmuşdur. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Əmirxan Namazov izah etdi ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrasının təşkil edilməsinə dair” xx xxxx 2020-ci il tarixli, Ə304-001 saylı əsasən, xx xxxxx 2020-ci il tarixdə saat 18:50 radələrində Yevlax rayonu Malbinəsi kəndi ərazisində Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı X5 polis nəfəri, polis kiçik serjantı X7 ilə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin küçədə dayandığını görüb karantin qaydalarına əməl etməsi barədə dəfələrlə xəbərdarlıq edərək evinə getməsini bildirmiş, ancaq həmin şəxs evinə getmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax rayon Malbinəsi kəndində yaşayan 2001-ci il təvəllüdlü Şəxsdur. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin PPXBnün polis nəfəri, polis serjantı X1 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Malbinəsi kəndində yaşayır. xx xxxxx 2020-ci il tarixdə saat 18:50 radələrində yaşadığı kəndə yerləşən OBA marketin qarşısına çıxmışdır. Evdə xəstə olduğu üçün mal-qaranın qarşısına çıxmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evinə getməsini bildirsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hazırda əməlindən peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı X5 məhkəmə iclasında şahid qismində dindirilərkən izahatında bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 18:50 radələrində Yevlax rayonu Malbinəsi kəndi ərazisində polis nəfəri, polis kiçik serjantı X7 ilə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin küçədə dayandığını görüb karantin qaydalarına əməl etməsi barədə dəfələrlə xəbərdarlıq edərək evinə getməsini bildirmiş, ancaq həmin şəxs evinə getmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax rayon Malbinəsi kəndində yaşayan 2001-ci il təvəllüdlü Şəxsdur. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı X1 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. İşdə olan xx xxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxx 2020-ci il tarixdə saat 19:20-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı X2 xx xxxxx 2020-ci il tarixli raportu, Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərtib edilmiş MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxx 2001-ci Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-214/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-214/2020
05.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver