Məhkəmə qərarları › İş №3(039)-214/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-214/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-214/2024 05.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respubliksının X2 nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə «X7” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 544.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən xx.xx.2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə «X7» MMC-in xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti ilə idxal olunan və idxal sağlamlıq aktından imtina edilmiş 23700 kq. kartof partiyasına Bakı RB tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 060/FN saylı qərarda göstərilmiş tədbirlərin icrasına dair məlumatın daxil olmaması faktı aşkar edilmişdir. Bununla da, "X7" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respubliksının X2 nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X7” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X7” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X7” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X7” MMC-nin ona istinad olunan inzibati xətanı törətməsi tam təsdiq edilir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentiliyi Bakı Regional Bölməsinin qida təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunan 23700 kq. ərzaqlıq kartof məhsulu partiyasının dövriyyəsinin dayandırılması, həmin müraciət əsasında idxal olunan ərzaqlıq kartof məhsulunun 10 (on) gün müddətinə geri çağırılması, həmin müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentiliyi Bakı Regional Bölməsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-44-1/2-1-3125/24 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentiliyi Bakı Regional Bölməsinin qida təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında xx.xx.2024-cü il tarixli qərarı 10 (on) gün müddətində icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-44-1/2-1-3581/24 saylı inzibati xəta haqqında iş üzrə icraata başlanılma barədə bildirişin surətindən görünür ki, "xxxx" MMC-nin ünvanına bildiriş göndərilmişdir. İşdə olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məktubdan görünür ki, VÖEN ********** «X7» MMC-yə məxsusdur və müəssisənin hüquqi ünvanı ünvan 3gilər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentiliyi Bakı Regional Bölməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2-Q-xx-xx/2024 saylı məktubdan görünür ki, müvafiq ərizə və sənədlər əsasında "xxxx" MMC-nin müraciətləri ilə xx.xx.2024-cü il tarixdə müəssisənin hüquqi ünvanı və xx.xx.2024-cü il tarixdə isə müəssisənin firma adının «X7» MMC olaraq dəyişdirilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları:

1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsini və ekspertizanın aparılmasını tənzimləyir.

2. Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı və ekspertiza Azərbaycan Respublikası X2 regional bölmələri (bundan sonra – regional bölmə) tərəfindən həyata keçirilir.

3. Fitosanitar karantin baxışı aşağıdakı məqsədlərlə aparılır: 3.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması; 3.2. ölkəyə gətirilmiş və ya ölkədən aparılması nəzərdə tutulan zaman karantin nəzarətində olan materialların karantin tətbiq edilən zərərli orqanizmlərin və nizamlanan qeyrikarantin zərərli orqanizmlərin aşkar edilməsi; 3.3. karantin tətbiq edilən zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsi yarandığı hallarda bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması; 3.4. karantin nəzarətində olan materialların ölkədən aparılması nəzərdə tutulan zaman yükün idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluğunun öyrənilməsi və lazım gəldikdə fitosanitar karantin baxışının keçdiyi yükə fitosanitar sertifikatının verilməsi.

4. Ölkəyə gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı üç müxtəlif üsulla yerinə yetirilir: 4.1. yükü müşayiət edən sənədlərin yoxlanılması; 4.2. yükün etibarlılığının və bütövlüyünün yoxlanılması; 4.3. karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunun və digər fitosanitar tələblərə riayət olunmasının vizual və karantin nəzarətində olan materialların zərərli orqanizmlərlə sirayətlənməsi mövcud olduğu müəyyən edildiyi halda ətraflı yoxlamadan keçirilməsi. Qida təhlükəsizliyi haqqında qanun: Maddə 35. Qida subyektlərinin vəzifələri 35.1. Qida subyektləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq, aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 35.1.1. ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya etdikləri qida və yem məhsulunun təhlükəsizliyini təmin etmək; 35.1.2. bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə əməl olunmasına dair vəziyyəti yoxlamaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən əməkdaşların qida obyektlərinə maneəsiz girişinə, obyektə baxış keçirmələrinə və məhsullardan nümunələr götürmələrinə şərait yaratmaq və qanunvericiliyə uyğun olaraq tələb etdikləri sənədləri onlara təqdim etmək; 35.1.3. işçilərin ilkin və dövri tibbi müayinəsini, habelə onlara gigiyenik təlimlərin keçirilməsini təmin etmək; 35.1.4. qida və yem məhsullarının dövriyyəsi və utilizasiyası proseslərində təhlükə yaranmasına gətirib çıxarmış pozuntular, bazara yerləşdirilmiş təhlükəli qida və yem məhsulları və yaranmış böhran vəziyyəti haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; 35.1.5. təhlükəli qida və yem məhsullarının dövriyyəsini, o cümlədən ilkin istehsalını, istehsalını, emalını və ya onun ayrı-ayrı proseslərini dayandırmaq, həmin məhsulların ticarət obyektlərindən (satışdan), istehlakçılardan geri çağırılmasını və bu haqda istehlakçıların məlumatlandırılmasını, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarları əsasında onların utilizasiyasını və ya məhv edilməsini təşkil etmək; 35.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) istehsal və ya emal etdikləri, satdıqları, yaxud utilizasiya etdikləri qida və yem məhsulları ilə bağlı risklərin qarşısının alınmasında, azaldılmasında (məhdudlaşdırılmasında) və aradan qaldırılmasında köməklik göstərmək; 35.1.7. qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərində onların izlənilməsini təmin etmək, bu məqsədlər üçün tələb olunan sənədləri saxlamaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək; 35.1.8. qida və yem məhsullarının istehsal və emal olunduğu qida obyektlərində daxili nəzarəti (auditi) həyata keçirmək və nəzarətin nəticələrinin uçotunu aparmaq. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinini 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X7” MMC-nin ona istinad olunan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə "X7" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X7» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar