Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-215/2022 10.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X4, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 vəkili X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin 09 fevral 2022- ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqanın qərarına görə X11 işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamlar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol vermişdir. X1 Mingəçevir şəhər X24 Şahmat məktəbində əmək hüquqlarının pozulması barədə müraciəti əsasında X15 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən 09 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mİngəçevir şəhər X24 məktəbinin baş məşqçi müəllimi X7 2019- cu ilin oktyabr ayından 2021- ci ilin oktyabr ayınadək tarifləşmə cədvəlində əmək haqqının 15 faizinin ödənilməməsi 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xətası deyil. Mingəçevir şəhər X24 məktəbinin baş məşqçi müəllimi X7 2019cu ilin oktyabr ayından 2021- ci ilin oktyabr ayınadək olan dövrdə baş məşqiçiliyə həmin illər üzrə tarifləşmə cədvəlində əmək haqqının 15 % təsdiq edilmədiyi üçün ödənilməmişdir. 2021/2022–ci il tədris ili üzrə məktəbdən kənar təhsil müəssisələrinin tarifləşmə cədvəlində baş məşqçiliyə görə əmək haqqının 15 % nəzərdə tutulduğu üçün 2021- ci ilin oktyabr ayından hal- hazıradək X9 baş məşqçiliyə görə aylıq vəzifə maaşının 15 % ödənilmişdir. Bundan başqa, Mingəçevir şəhər Uşaq gənclər –idman məktəbləri və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq –gənclər idman məktəblərinin Nümunəvi Nizamnaməsinin (nizamnaməninin surətini Şikayətimə əlavə edirəm ) 10- cu bəndi “ Məktəbin sənədləri “ adlanır və həmin bəndə əsasən, idman məktəbinin, məktəbin direktoru tərəfindən təstiq olunmuş illik iş planı, idman növləri üzrə tədris proqramları, idman tədbirlərinin illik təqvim planı (təşkilat, təsərrüfat işləri, tibb xidmətinin təminatı, valideynlərə, ümumi təhsil müəssisələri ilə iş, habelə məktəbdaxili nəzarətin təşkili, bölmələrin aylıq iş planı, tədris ili üçün təstiq olunmuş idmançı şagirdlərin siyahısı,idman məktəbi işçilərinin vəzifəyə təyin və azad edilməsi , həmşinin şagirdlərin qəbulu, yerləşdirilməsi və buraxılışı üzrə əmrlər, idmançı şagirdlərin şəxsi vərəqəsi, idman məktəbinin diektoru tərəfindən təstiq olunmuş dərs cədvəli və məşqçi – müəllimlərin tarifləşmə siyahısı, məşqçi – müəllimlərin idman növləri üzrə qeydiyyat jurnalı, idman təkmilləşməsi və yüksək idman ustalığı tədris qruplarında təlim məşğələlərinin illik planı, yarış protokolları, qəbul, yoxlama və buraxılış normativlərinin protokolları , onların ümumi və xüsusi fiziki və texniki hazırlıq üzrə yerinə yetirilməsinin təhlili və keçirilən sınaq tədbirlərinin qrafiki sənədləri olmalıdır. Göründüyü kimi məşqçi müəllimlərin tarifləşmə siyahısı məktəbin direktorları tərəfindən tərtib edilməli və konkret olaraq X5 rəhbərlik etdiyi 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə göndərilməlidir. Elçin Həsənzadə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma X2 surətini şikayətinə əlavə edərək həmin əsasnamənin İİİ fəslinin 7 və 7.1- ci bəndlərinə əsaslanaraq, həmin əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq mərkəzin, təhsil müəssisələri tərəfindən təsdiq olunan ştat , işçilərin işə davamiyyət cədvələri və digər müvafiq sənədləri , eləcə də yerli təhsili idarəetmə orqanı ilə razılaşdırılmış tarifləşmə cədvəllərini müəyyən edilmiş dövrlər üzrə qəbul etmək vəzifəsinin olduğunu bildirmişdir. Konkret iş üzrə, məşqçi – müəllimlərin tarifləşmə siyahısı, yəni, X7 işlədiyi Mingəçevir şəhər X24 şahmat məktəbi tərəfindən 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə göndərilməli idi. Məhz bu hərəkətsizliyinə görə Mingəçevir şəhər X24 şahmat məktəbi inzibati tənbeh tədbiri almışdır. Bundan başqa, Elçin Həsənzadə öz şikayətində bildirmişdir ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərar qanunvericlikdə nəzərdə tutulmuş müddəti ötürməklə qəbul edilmişdir və həmin Qərar , yuxarıda qeyd edilənlərlə yanaşı ( onun əməlində inzibati xəta tərkibi olmadığından ), müddətin keçməsi ilə də bağlı qəbul edildiyindən ləğv edilməli olduğunu qeyd etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 vəkili X13 məhkəmə iclasında şikayətin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin, təhsil müəssisələrindən tarifləşmə cədvəllərini qəbul edir. Tarifləşmə cədvəli 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən tərtib edilmir. Bundan başqa məktəbin nizamnaməsimdə tarifləşmə cədvəli məktəb tərəfindən hazırlanması qeyd edilir. Bundan başqa sifarişdə tarifikasiyada qeyd edilməyən məbləğ göstərilmir və məktəb tarifikasiyada nəyi qeyd edirsə sifarişlər onun əsasında hazırlanır. Bu səbəbdən də hesab edir ki, Elçin Həsənzadə tərəfindən inzibati xətaya yol verilmədiyindən şikayət təmin edilməlidir. Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X12 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X5 şikayətini əsassız hesab edir. Belə ki, vətəndaş X7 Mingəçevir Şəhər Təhsil X17 İdman Şahmat məktəbində əmək huquqlarının pozulması barədə X8 Mingəçevir regional ərazi şöbəsinə ünvanladığı müraciətlərinə tərəfindən baxılmışdır. Mingəçevir Şəhər Təhsil Şöbəsinin 17.12.2021-ci il tarixli 59(02)-01-520/18 nömrəli məktubu ilə qoşma halında təqdim edilmiş sənədlərdən məlum olur ki, Mingəçevir şəhər X24 Şahmat məktəbinin 2021-2022-ci tədris ilinin birinci yarısı üçün məşq cədvəlində X25 (TMQ)-1 qurupu üzrə 10 saat, TMQ-3 qrupu üzrə isə 14 saat dərs yükü verilmişdir. Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyinin 2001-ci il 19 oktyabr tarixli 8(b-3) nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavəyə əsasən Hazırlıq mərhələləri üzrə Təlim Məşqlərin saat yükü TMQ-1 üzrə 10 saat, TMQ-3 üzrə 16 saat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 oktyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq-gənclər idman məktəbləri və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərinin” Nümünəvi Nizamnaməsinin 5-ci bəndinin 3-cü abzasına əsasən müəyyən olunmuş həftəlik təlim-məşq yükü maksimum yükdür. İdman növünün xüsusi təyinatından və hazırlıq mərhələsindən (keçid, hazırlıq, yarış) asılı olaraq, üçüncü tədris ilinin təlim-məşq qruplarından başlayaraq həftəlik təlim-məşq yükü həmin qrup üçün müəyyən olunmuş ümumi plan həddində (2 saatdan çox olmamaqla) artırıla, yaxud azaldıla bilər. Bu əsasla Mingəçevir Şəhər Təhsil Şöbəsi tərəfindən təsdiq edilmiş və “Təhsil” Respublika İdman Mərkəzi ilə razılaşdırılmış Mingəçevir şəhər X24 Şahmat məktəbi üzrə 2021-2022-ci tədris ili üçün qrupların komplektləşdirilmə cədvəlinə əsasən Hafis Kərimova 24 saat həftəlik dərs yükü verilmişdir. 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 45(01)-15/18 nömrəli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən məlum olur ki, məktəbin 14 dekabr 2021-ci il tarixli 84 nömrəli əmrinə əsasən qrupların davamiyyəti zəif olduğu üçün 03.12.2021-ci il tarixə H.Kərimovun əmək haqqından bir gün əsassız tutulmuşdur. Hafis Kərimovla bağlanmış əmək müqaviləsində və ya digər qanunvericilik aktlarında şagirdlərin dərs davamiyyətlərinə nəzarətin baş məşqçilərin əmək funksiyasına aid olduğunu təsdiq edən əsas qeyd edilməmişdir. Bununla da işəgötürən, Hafis Kərimovun 03.12.2021-ci il tarixə əmək haqqını tutmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci, 154-cü, 155-ci və 175-ci maddəsinin tələblərini pozmuşdur. O cümlədən 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayınadək Hafis Kərimovun aylıq vəzifə maaşına 15 faiz həcmində artım ödəməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.10.2001-ci il tarixli 161 nömrəli Qərarının 6-cı bəndinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü və 157-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, işəgötürən və 9 saylı Ərazi Maliyyə Hesablaşma X18 düşən bütün ödəncləri tam məbləğdə ödənilməsini təmin etməmişdir. Beləliklə, Mingəçevir Şəhər Təhsil X17 İdman-Şahmat məktəbinin direktoru X14 və 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq İnzibati xəta haqqında icraat başlanmışdır. Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 fevral 2017-ci il tarixli 106 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzinin” Nümunəvi Əsasnaməsinin 3-cü hissəsinin (Mərkəzin vəzifələri) 7.3-cü bəndinə əsasən müvafiq dövrlər üzrə maliyyə vəsaitinin ayrılması ilə bağlı hər ay üzrə maliyyə sifarişini ayın 15-dək Təhsil Nazirliyinə təqdim etmək ərazi maliyyə hesablaşma mərkəzinin vəzifəsidir. 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2021-ci ilin oktyabr ayından etibarən Hafis Kərimovun aylıq vəzifə maaşına 15 faiz həcmində artım ödəməklə həmin xətanı görmüş, lakin 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayınadək ödənilməsi barədə heç bir tədbir görməmişdir. O cümlədən, Əsasnamənin 3-cü hissəsinin (Mərkəzin vəzifələri) 7.4-cü bəndinə əsasən hesabına daxil olmuş vəsait üzrə müvafiq ödəniş sənədlərinə əsasən ərazi maliyyə orqanı vasitəsilə təhsil müəssisəsi üzrə əməyin ödənişi, kommunal və digər xərclərin aparılmasını həyata keçirmək ərazi maliyyə hesablaşma mərkəzinin vəzifəsidir. Həmçinin əməyin ödənilməsinin təminatı olaraq (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsisi) işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur və işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin tələblərinə uyğun olaraq işəgötürən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə uyğun olaraq isə işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə,... habelə Əmək Məcəlləsinin tələblərini yerinə yetirməyən işəgötürən (bu halda Elçin Həsənzadə) qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilir. Səlahiyyətli orqanın nümayəndəsi X12, məhkəmədən yuxarıda göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətçinin və inzibati orqanın nümayəndəsinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin 09 fevral 2022- ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.02.2017-ci il tarixli 106 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma X2 7.1-ci maddəsində göstərilmişdir ki, təhsil müəssisələrindən tarifləşmə cədvəllərini qəbul edir. Tarifləşmə cədvəli 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən tərtib edilmir, Bundan başqa Azərbaycan Respublikası Nazirlər mKabinetinin 2001-ci il 12 oktyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq-gənclər idman məktəbləri və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərinin nümunəvi nizamnaməsinnin 10-cu bəndində göstərilmişdir ki, tarifləşmə cədvəli məktəb tərəfindən hazırlanması qeyd edilir. Həmçinin məşqçi müəllimlərin tarifləşmə siyahısı məktəbin direktorları tərəfindən tərtib edilməli və 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə göndərilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən qəbul edilmiş 09.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən X11 barəsində qəbul edilmiş 09 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-215/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-215/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver