Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-2168/2025 09.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X14 Xidməti X23 X19 İstismarı İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin 02 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X12 İstismarı İdarəsinin rəisi X10 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X14 Xidməti X23 X19 İstismarı İdarəsinin rəisi X10 şikayət verərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin 02 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X14 Xidməti X23 X19 İstismarı İdarəsinin rəisi X10 şikayətini onunla əsaslandırmışdır ki, X12 İstismarı İdarəsində müddətli əmək müqaviləsi əsasında “informasiya texnologiyaları üzrə mühəndis” vəzifəsində X9 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. L.E.İsmayılovanın müraciəti əsasında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsində araşdırma aparılmış, L.E.İsmayılova ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 144-cü maddəsinin tələblərini pozduğu, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi qənaətinə gəlinməklə, onlardan daha ciddi inzibati xəta olan 192.6-cı maddə üzrə 1800 manat məbləğində inzibati cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Bu qərarı qanunvericiliyə zidd hesab edir. L.E.İsmayılova həmçinin Yevlax Rayon Məhkəməsində X12 İstismar İdarəsinə qarşı iddia qaldıraraq, qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin 27 oktyabr 2025-ci il tarixdə qəbul edilmiş ədalətli qətnamə ilə onun iddiası təmin edilməmiş, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verildiyi müəyyən edilmişdir. İnzibati xəta müqavilələrində dəyişiklik edilərkən hər hansı işçiyə, o cümlədən Ləman İsmayılovaya qarşı ayrı-seçkilik edilməmiş, hər kəsə bərabər yanaşılmışdır. X9 ona təklif edilən yeni vəzifənin ixtisasına uyğunluğunu və əmək haqqında müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişiklik olduğunu nəzərə alıb, onunla bağlanmış əmək müqaviləsində dəyişiklik edilməklə, informasiya texnologiyaları üzrə mühəndis vəzifəsinə keçirilməsinə razılıq vermişdir. 10 oktyabr 2024-cü il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliklər edilmiş əmək müqaviləsi 3 ay müddətinə olmaqla müddətli hesab edilmişdir. Bu dəyişikliklər elektron qaydada bağlanmış, müqavilə X9 tərəfindən SİMA proqramı vasitəsilə, heç bir təzyiq olmadan imzalanmışdır. Bundan sonra işlədiyi müddətdə L.E.İsmayılova onunla bağlanmış əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı şifahi və ya yazılı narazılığını bildirməmişdir. Cari ilin 17 iyun tarixindən Ləman İsmayılova heç bir səbəb göstərmədən işə gəlməmişdir. Ləman İsmayılova ilk öncə idarədə işləyən həyat yoldaşı Tahir İsmayılov vasitəsilə şifahi xəbərdarlıq edilmişdir. X15 işə çıxmamasını böyrəyində olan problemlə əlaqələndirdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Ləman İsmayılovaya rəsmi yazılı xəbərdarlıq elan edilmişdir. Ləman İsmayılova heç bir üzrlü səbəb olmadan işə çıxmadığından və idarədə həmin vəzifənin icrası vacib olduğundan, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və həmin vəzifəyə başqa işçi qəbul edilməsi zərurəti yaranmışdır. 10 iyul 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından və əmək qanunvericiliyinə əsasən işçiylə bağlanmış əmək müqaviləsinə yalnız bir əsas üzrə xitam verilə biləcəyindən, əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozsa da, onunla bağlanmış əmək müqaviləsinə məhz müddətin bitməsinə görə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bu məqsədlə qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə Ləman İsmayılovaya bildiriş göndərilməklə, xx.xx.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Bildirişi birlikdə yaşadıqları həyat yoldaşı Tahir İsmayılov şəxsən imzalamaqla qəbul etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə verilmiş müvafiq əmrlə X9 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, X9 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə riayət edilmişdir. Qeyd etdiklərinin həqiqət olduğu Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(039)-2192/2025 nömrəli qətnaməsi ilə bir daha təsdiq edilir. Bundan başqa əmək müqaviləsinə qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə təqsirli bilinməklə yanaşı, əmək müqaviləsinə xitam verilərkən işçiyə istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsinə görə də təqsirli bilinməyini məntiqsiz hesab edir. Belə ki, əgər işçinin işdən azad edilməsi ilə bağlı əmr qanunsuzdursa, onda həmin əmr əsasında son haqq hesabın - istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi ödənilməsi özlüyündə qanunsuz olmalıdır. Buna görə də hesab edir ki, ondan son haqq hesabın düzgün ödənilməsi tələb edilirsə, deməli, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr qanunvericiliyə uyğun olmuşdur. İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanuni olub-olmaması yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər. Eləcə də işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab edildikdə onun məcburi şəkildə işə bərpası ilə bağlı qərar yalnız məhkəmələr tərəfindən qəbul edilə bilər. İşəgötürən əmək müqaviləsinə xitam verməkdə özünü haqlı saydığı halda, məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğu müəyyən edilmədikcə, haqqında iş üzrə icraat zamanı da bu barədə X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə məlumat verilmiş, lakin vəzifəli şəxs tərəfindən heç bir əsaslandırma aparılmadan İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə dair qərar qəbul edilmişdir. X9 ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verilmişdir. Belə ki, X9 02 iyun 2017-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən X20 İstismar İdarəsinə 7-ci dərəcə texnik - hidrotexnik vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxt onun əmək haqqı 151 manat olmuş, sonradan hər dəfə ölkə üzrə minimum əmək haqqı artırıldıqda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı əsasında əməkhaqqısı müəyyən edilən vəzifələr sırasına daxil edildiyindən, onunda əmək haqqı müvafiq şəkildə artırılmışdır. X20 İstismar İdarəsi tabeliyində olduğu “X14 Xidməti” X23in 26 avqust 2024-cü il tarixli qərarı (əmri) ilə yenidən təşkil edilmiş və X12 İstismar İdarəsi adlandırılmışdır. Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası çərçivəsində edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X14 Xidməti” X23in strukturu təsdiq edilmişdir. Bunun davamı olaraq X20 İstismar İdarəsində mövcud olan ştat vahidləri də ixtisara düşmüş, İdarənin daha səmərəli fəaliyyət göstərməsi üçün yeni ştat cədvəlinin hazırlanması məqsədəmüvafiq hesab edilmişdir. Bu barədə X20 İstismar İdarəsinin bütün işçiləri məlumatlandırılmış və onlara, tutduqları ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Eləcə də idarədə texnik-hidrotexnik vəzifəsində işləyən X5 xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq təqdim edilərək, onunla bağlanmış əmək müqaviləsinə 6 təqvim həftəsindən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi diqqətinə çatdırılmış, bu müddətdə, o, əmək haqqı saxlanılmaqla hər həftə bir iş günü işdən azad edilmişdir. Xəbərdarlıq məktubunda bu müddətdə ixtisasına uyğun iş yeri müəyyən ediləcəyi halda ona məlumat veriləcəyi göstərilmişdir. X5 edilmiş xəbərdarlıq müddətində yeni ştat cədvəlinə uyğun olaraq, idarədə əvvəllər nəzərdə tutulmayan “informasiya texnologiyaları üzrə mühəndis” vəzifəsi təsis edilmişdir. İxtisasına uyğun olduğundan həmin vəzifə X5 təklif edilmiş, o, həmin vəzifəyə keçməyə razılığını bildirərək bu barədə ərizə təqdim etmişdir. Həmin ərəfədə X20 İstismar İdarəsində 218 işçi çalışmışdır. Yeni ştat cədvəlində isə 174 ştat nəzərdə tutulduğundan, 44 işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşçilərin bəziləri onlara təklif edilmiş yeni vəzifədə çalışmaqdan imtina etmişdirlər. Yuxarı təşkilat tərəfindən yeni ştat cədvəlində müəyyən edilmiş vəzifələrin hər birinə işçilərin müddətli əmək müqaviləsi əsasında qəbulu məqsədəuyğun hesab edilmişdir. Buna görə də, özü də daxil olmaqla, bütün şəxslərə yeni ştat cədvəlində nəzərdə tutulmuş yeni vəzifələr müddətli əmək müqaviləsi əsasında təklif edilmişdir. Bu şərtlərlə razılaşan şəxsərlə ya yeni əmək müqaviləsi bağlanmış, ya da mövcud əmək müqaviləsində müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdə işçilərin xeyrinə müsbət şərtlər mövcud olmuş, əmək haqqı əvvəlki ilə münasibətdə təxminən iki dəfə artıq müəyyən edilmişdir. Hal-hazırda da idarədə işləyən şəxslərlə bağlanmış bütün əmək müqavilələri müddətlidir. Əmək inzibati orqan tərəfindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunvericiliyin məğzinə ziddir. Bununla bağlı qəbul edilmiş məhkəmə qətnaməsində isə onun haqlı olduğu müəyyən edilmişdir. Qeyd edilənlər onun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibinin olmadığını göstərir. Təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə gəldikdə isə L.E.İsmayılova ilə son haqq-hesabın düzgün aparılmadığını, yəni, ona vaxtında məzuniyyətə görə pul əvəzinin tam ödənilmədiyini qəbul edir. Lakin bu hal hesablamanın düzgün aparılmamasına görə baş vermiş və tərəfindən aşkar edildikdən dərhal sonra tam şəkildə ödəniş həyata keçirilmişdir. Bu pozuntu qəsdən törədilməmiş, aşkar edilən kimi aradan qaldırılmışdır. Hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta subyektiv cəhətdən yalnız qəsdlə törədilə bilər. O L.E.İsmayılovaya edilməli olan bütün ödənişlərin tam və vaxtında ödənilməsini təmin etmək məqsədilə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair verdiyi əmrdə son haqq-hesabın aparılmasına dair göstəriş vermişdir. Göründüyü kimi, onun L.E.İsmayılovaya onun haqqı olan məzuniyyətə görə pul əvəzinin tam verilməməsi kimi niyyətim olmamış, eləcə də onunla son haqq-hesabın düzgün aparılmamasına gətirib çıxaracaq hansısa hərəkətə şüurlu şəkildə yol vermişdir. Bu hadisənin baş verməsi onun mühasibatlığı mütəxəssis səviyyəsində bilməməyi ilə əlaqələndirmək olar ki, aidiyyəti işçilərin yol verdiyi səhv də artıq tapşırığı ilə aradan qaldırılmışdır. Buna görə də hesab edir ki, həmin hadisədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bütün tərkib elementləri yoxdur. Yəni, bu hal qəsdən törədilmə nəticəsində baş verməmişdir. Ehtiyatsızlıqdan törədildikdə isə, bu kimi hallar həmin maddə ilə məsuliyyətə səbəb olmur. Təsadüfi deyil ki, həmin maddədəki “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə” sözləri, İnzibati Xətalar Məcəlləsinin 30 may 2025-ci il tarixədək olan variantında “hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri kimi müəyyən edilmişdir. Hansı ki, qanunvericiyin edilmiş müvafiq dəyişikliklər eyni mənada işlənən ifadələrin qanunvericilik texnikasının hüquqi və linqvistik tələbləri baxımından təkmilləşdirilməsi ilə bağlı olmuşdur. Belə ki, əvvəlki variantda işlənmiş bəsit ifadələr ehtiyatsızlıq, səhlənkarlıq nəticəsindəki yanlış hesablamaların həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaratmadığını rahatlıqla deməyə imkan verirdi. Mövcud variant isə ehtiyatsızlıqdan törədilməyə görə məsuliyyət müəyyən edən inzibati xətaların İXM-də dəqiq göstərildiyinə, bunun davamı olaraq həmin maddə üzrə məsuliyyətin yalnız qəsdən törədildiyi halda yarandığına dair hüquqi düşüncəni özündə əks etdirəcək şəkildə tərtib edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X14 Xidməti X23 X19 İstismarı İdarəsinin nümayəndəsi X13 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X14 Xidməti X23 X19 İstismarı İdarəsinin rəisi (vəzifəli şəxs) X10 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə şikayət vermiş şəxs X6 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X12 İstismarı İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi cənab Elxan Çərkəzova ünvanlanmış 27 oktyabr 2025-ci il tarixli, 3-53-2-066/2-60/2025 mömrəli məktubdan görünür ki, X4 şikayətində qeyd edilənlər onunla bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilməsinin onun tərəfindən qəbul edilməməsi nəticəsində formalaşmış şəxsi təxəyyülün nəticəsi olmaqla, həqiqəti əks etdirmədiyi, X4 şikayətində göstərdiklərinin Yevlax Rayon Məhkəməsində X12 İstismar İdarəsinə qarşı “qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair qaldırdığı iddia ərizəsinə də daxil etdildiyi, məhkəmə iclasının keçirildiyi və növbəti məhkəmə iclasının xx.xx.2025-ci ilə təyin edildiyi, L.E.İsmayılova ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin, eləcə də L.E.İsmayılovanın hüquqlarının pozulub-pozulmaması məhkəmə araşdırmasının nəticəsində müəyyən ediləcəyi bildirilmiş və L.E.İsmayılovanın müraciətində göstərdiyi xüsusatlar üzrə məhkəmədə işə baxıldığını nəzərə alınmaqla aparılan araşdırmanın məhkəmə prosesinin sonuna qədər dayandırılması xahiş edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-2192/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X23 X19 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. 02 dekabr 2025-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 1800 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin 02 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, X7 02 dekabr 2025-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar üzrə 1800 manat cərimə məbləğinin X1 hesabına ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 02 dekabr 2025-ci il tarixli MN ******* qərarla X12 İstismarı İdarəsinin rəisi X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 02 dekabr 2025-ci il tarixli MN ******* qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət həmin hissədə əsaslıdır. Bundan başqa, X12 İstismarı İdarəsinin rəisi tərəfindən rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərəflər arasında mülki qaydada məhkəmənin icraatında mübahisə olduğu, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-2192/2025 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X23 X19 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edildiyi, həmin qətnamənin qanuni qüvvəsini alıb-almaması müəyyən edilmədən 02 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X12 İstismarı İdarəsinin rəisi X6 barəsində qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X12 İstismarı İdarəsinin rəisi X6 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X12 İstismarı İdarəsinin rəisi X6 şikayəti qismən təmin edilməli, X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi rəisi tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X6 şikayəti qismən təmin edilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X14 Xidməti X23 X19 İstismarı İdarəsinin rəisi X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-2168/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-2168/2025
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver