Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-2172/2025 05.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta hqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Hyundai Sonata minik” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etdiyi nəqliyyat vasitəsinin qabaq hissəsi ilə qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi «Daimler-Benz D208 DKA mikroavtobus» markalı, ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurmuş və “Hyundai Sonata minik” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində sərnişin olan X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokolla və eləcə də işin digər materialları ilə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmadığını göstərərək, barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNHə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8 və 328.1-ci maddələrində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surətinin BDYPİ-nin YPX Alayına göndərilməsi qərara alınmışdır. İşdə olan X5 tərəfindən Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində verilmiş yazılı izahatdan görünür ki, X8 Novruzovdan şikayət və tələbinin olmadığını göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayət və tələbinin olmaması, Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır və məsuliyyətini ağırıaşdıran hallar yoxdur. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirın halları, məsuliyyətini ağırlaşdıran halların olmadığını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-2172/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-2172/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver