Məhkəmə qərarları › İş №3(039)-2182/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-2182/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-2182/2025 26.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi ilə, xx.xx.1957-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olmaqla, Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon prokurorundan daxil olmuş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərarda göstərilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü Şəxs Ədliyyə Nazirliyinin Şəki Penitensiar müəssisəsində saxlanılan barasində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanan Şəxs iştirakı təmin edilə bilməmiş, Yevlax rayon prokurorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2025-ci il tarixli 25/1376 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd gövdəsində 13704 №-li olan silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır; Yevlax rayon polis şöbəsinin 29 avqust 2025-ci il tarixli 3-13-117/2-29287/25 nömrəli mıktubundan görünür ki, 16 kalibrli, gövdəsində 13704 nömrəsi olan, “TOZ-B2 modelli qoşalüləli ov tüfəngi Şəxs və ya hər hansı bir digər şəxsin adına qeydiyyatda deyil; xx.xx.2025-ci il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 134 və 157.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, təqsirləndirilən şəxs Şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrinin tərkib əlamətlərinin olmamasının nəzərə alınması, Şəxs istifadə etdiyi 1 ədəd “TOZ-B” modelli, qoşa lüləli yivsiz öv tüfənginin və həmin tüfəngə aid 07 ədəd 16x70 kalibrli, dolu ov patronlarının maddi sübut kimi tanınması və Yevlax RPŞ-nin maddi sübutlar otağında saxlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hallar: İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 24 iyul 2025-ci il tarixdə səhər saat 6 radələrində həmkəndlisi xx.xx.1985-ci il təvəllüdlü X1 Yevlax rayonu, Malbinəsi kəndi ərazisində yerləşən və aralarında mübahisəli olan torpaq sahəsinə getdiyini bilərək Ruslan Mustafayev ilə bir gün əvvəl axşam saatlarında aralarında mübahisəli torpaq sahəsinə görə baş vermiş mübahisə zamanı sonuncunun onunla nalayiq ifadələrlə danışmasına görə sonuncunu cəzalandırmaq məqsədilə yaşadığı evdən “TOZ-B” markalı 16 kalibrli ov tüfəngini və həmin silaha məxsus 10 ədəd dolu patronları götürüb həmin dolu patronlardan iki ədədini tüfəngin lülə kanalına yerləşdirib tüfəngi atəşə hazır vəziyyətə gətirdikdən sonra istifadəsində olan avtomobillə həmin torpaq sahəsini yaxınlığına gələrək həmin tüfəngdən 1 dəfə atəş açmaqla X2 qəsdən öldürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmənin mövqeyi: İş materialalrını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs “Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələrinin tələblərini pozaraq 1 ədəd gövdəsində 13704 nömrəsi olan silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli “TOZ-B” modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngini və 10 ədəd patronu müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almayaraq Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evində saxlamış, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş və inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda, 24 iyul 2025-ci il tarixdə baş vermiş hadisə vaxtı Şəxs istifadə etdiyi 16 kalibrli “TOZ-B” modelli, çaxmaqlı, hamar qoşa lüləli yivsiz ov tüfəngi və həmin tüfəngə aid 7 ədəd 16x70 kalibrli dolu ov patronlarının Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 134 və 157.1-ci maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80,0 (səksən) manat məbləğində inzibati cərimə edilsin. 16 kalibrli “TOZ-B” modelli, çaxmaqlı, hamar qoşa lüləli yivsiz ov tüfəngi və həmin tüfəngə aid 7 ədəd 16x70 kalibrli dolu ov patronlarının Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 134 və 157.1-ci maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar