Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-219/2022 24.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Yevlax Rayon Polis X6 Bölməsinin sahə rəisi, polis kapitanı X10, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayan . Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 26 yanvar 2022-ci il tarixdə saat 02:00-da Yevlax rayonu, Qaraməmmədli kəndində X1 yaşadığı evin həyətində döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı X13 bildirmişdir ki, X4 26 yanvar 2022-ci il tarixdə ərizə ilə Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək 26 yanvar 2022-ci il tarixdə Şəxs Zinyət isgəndərovanın yaşadığı evə hücum edərək onu döyməsi və sol ayağından xəsarət yetirməsi barədə məlumat vermişdir. Bundan sonra İsgəndərova Zinyətin müraciəti əsasında toplanmış material üzrə Yevlax Rayon Polis X7 təhqiqatçısı, polis baş leytenantı X8 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 fevral 2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs çıxış edərək bildirmişdir ki, X4 onun hazıki həyat yoldaşı X5 həyat yoldaşıdır. 26.01.2022-ci il tarixdə gecə saat 02 radələrində Yevlax RPŞ-nin əməkdaşları evə daxil olaraq aliment borcuna görə Əlini tutaraq polis şöbəsinə aparmışlar. Bundan sonra əsəbləşərək Zinyətin yaşadığı nənəsinə məxsus Yevlax Rayonu Qaraməmmədli kəndində yerləşən evə getmişdir. Orada səs-küy salaraq Əlidən şikayət etdiyinə görə Zinyətin ünvanına nalayiq ifadələr işlətmiş və Zinyətin bayıra çıxmadığına görə evin pəncərəsinə daş ataraq pəncərəni sındırmışdır. Zinyət bayıra çıxıdıqda ona öz iradlarını bildirmiş, bu zaman aralarında münaqişə baş vermiş, münaqişə zamanı Zinyətin üzərinə hücum edərək, saçından tutub sürümüş, lakin ayağına xəsarət yetirməmişdir. Hal-hazırda etdiyi əmələ görə səmimi peşmandır. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasınının vaxtı və yeri barədə zərər çəkmiş şəxs X2 məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, ekspert rəyi və işin digər materialları ilə tam təsdiq edilmişdir. Yevlax Rayon Polis X7 təhqiqatçısı, polis baş leytenantı Səddam Əsgərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 ferval 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. “MTE və PA Birliyi”-nin Yevlax Rayon Şöbəsinin 26 yanvar 2022-ci il tarixli, 52 saylı ekspert rəyində göstərilmişdir ki, X4 “sol baldırın yuxarı 1/3-nin kəsilmiş yarası, əlin milbilək oynağının, boyunun sağ-ön səthini çoxsaylı sıyrıqları’’ xəsarətini almış, həmin xəsarətin əmələ gəlmə müddəti 26.01.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev\
Məhkəmə qərarları › İş №3(039)-219/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-219/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver