Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-22/2020 10.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Yevlax rayonu, Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxx 2020ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində ictimai yerdə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək kəndlərində işıq və qazın yanmaması barədə icra mümayəndəliyini partlatması barədə verdiyi məlumatı əsasında Yevlax rayonu, Yuxarı Qarxun kəndində həmin ünvana getdikdə, Şəxs sərxoş vəziyyətdə, küçədə səs-küy saldığı üçün polis şöbəsinə gətirilmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evə gəldikdə işıq və qazın yanmamasını görüb əsəbləşmiş, sərxoş olduğu üçün Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək icra mümayəndəliyini partlatması barədə məlumat vermişdir. Bundan sonra o, küçəyə çıxaraq səs-küy salmağa başlamışdır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində ictimai yerdə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1 xx xxxxxx 2020-ciil tarixli raportundan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək kəndlərində işıq və qazın yanmaması barədə icra mümayəndəliyini partlatması barədə verdiyi məlumatı əsasında Yevlax rayonu, Yuxarı Qarxun kəndinə getdikdə, Şəxs sərxoş vəziyyətdə, küçədə səs-küy saldığı üçün polis şöbəsinə gətirilmişdir; xx xxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00-da tutulmuşdur; 18 №-li, xx xxxxxx 2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolun surətinə əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid ifadəsi eləcə də,inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM-nin 33.1.7) nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5 (beş) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-22/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-22/2020
10.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver