Məhkəmə qərarları › İş №3(039)-22/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-22/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-22/2022 31.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri İ.Dəmirov küçəsi ev 21-də yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Məmmədov X3 şəhər Məhkəməsinin 2(051)-495/2015 №-li, 26 fevral 2015-ci il tarixli icra sənədinə əsasən, yaranmış 560 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-495/2015 №-li, 26 fevral 2015-ci il tarixli icra sənədinə əsasən Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 111/2010 №-li, 08 yanvar 2010-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmış və borclu Şəxs 27 yanvar 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində aliment 29 yanvar 2015-ci il tarixdən başlayaraq tələbkar X2 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkar Gülnar Hümbətovanın xeyrinə yaranmış 560 manat məbləğində aliment borcundan ödəniş etməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İnzibati işə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X5 xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişləri almışdır. Müxtəlif vaxtlarda tələbkar Gülnar Hümbətovanın xeyrinə ödənişlər etmişdir. İşləmir, Vətən Müharibəsi iştirakçısıdır, müharibə veteranı statusu verildikdən sonra ona 80 manat məbləğində təqaüd veriləcək və həmin pulu tələbkar Gülnar Hümbətovaya ödəyəcəkdir. Məhkəmə borclu Şəxs və icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-495/2015 №-li, 26 fevral 2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən tələbkar Gülnar Hümbətovaya aliment ödənişləri edilmiş və hazırda onun aliment borcu 560 manat təşkil edir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar