Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-220/2020 07.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Yevlax RPŞ-nin inzibati binasında səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə vətəndaş X1 məxsus evdə baş vermiş oğurluq hadisə ilə bağlı Yevlax rayon Qoyunbinəsi kənd sakini Şəxs rayon polis şöbəsinin inzibati binasında izahatı alınması üçün çağırılmışdır. O, Maarif İbrahimovun üzərinə yeriyərək “nəyə görə mənim adımı vermisən, səninlə sonra söhbət edəcəm” və digər bu kimi sözlərlə hədə qorxu gəldiyini görüb Yevlax RPŞ-nin CAB-nin rəisi polis mayoru Vüqar Mənəfov ona yaxınlaşıb və ona polis şöbəsinin inzibati binasında olduğunu, binada səsküy salmamağını bildirsə də Şəxs onun qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərini təkrar davam etməklə polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə vətəndaş X1 məxsus evdə baş vermiş oğurluq hadisə ilə bağlı izahatı alınması üçün Yevlax RPŞ-nə çağırılmışdır. Rayon polis şöbəsinin inzibati binasında Maarif İbrahimova “nəyə görə mənim adımı vermisən” demişdir. Daha sonra polis əməkdaşı yaxınlaşdıqda və ona polis şöbəsinin inzibati binasında olduğunu, binada səs-küy salmamağını bildirsə də o, əsəbi olduğundan onun qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərini davam etdirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CAB-nin rəisi polis mayoru X5 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə vətəndaş X1 məxsus evdə baş vermiş hadisə ilə bağlı Yevlax rayon Qoyunbinəsi kənd sakini Şəxs rayon polis şöbəsinin inzibati binasında izahatı alınması üçün çağırılmışdır. O, Maarif İbrahimovun üzərinə yeriyərək nəyə görə onun adını verdiyini, səninlə sonra söhbət edəcəm və digər bu kimi sözlərlə hədə qorxu gəldiyini görüb ona yaxınlaşdıqda və ona polis şöbəsinin inzibati binasında olduğunu, binada səs-küy salmamağını bildirsə də Şəxs onun qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərinə davam etməklə polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Yevlax RPŞ-nin inzibati binasında səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 12:50-də tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıbiş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx xxxxx 2020-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 100 (bir yüz) manat məbləğində müəyyən edilsin. xx xxxxx 2020-ci il tarixdə tutulmuş Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-220/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-220/2020
07.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver