Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-220/2023 10.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon X7 X9 dövlət avtomobil müfəttişi, polis baş leytenantı X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30-da Yevlax şəhəri H.Əliyev prospektində narkotik vasitələrin təsiri altında sürücülük hüququ olmadan idarə etdiyi “RENAULT MEGANE” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobili edərək yol ayrıcı keçmə qaydasını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. X1 idarə etdiyi “MERSEDES BENZ” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon X7 X9 dövlət avtomobil müfəttişi, polis baş leytenantı X3 məhkəmə iclasında çıxış edərək X3 barəsində qanuna müvafiq ərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:30-da sürücülük hüququ olmadan narkotik vasitələrin təsiri altında sürücülük hüququ olmadan idarə etdiyi “RENAULT MEGANE” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax şəhəri H.Əliyev prospektində idarəetməni itirərək başqa avtomobil ilə toqquşmuşdur. Qəza nəticəsində xəsarət alan olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X5 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:30-da idarə etdiyi “MERSEDES BENZ” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax şəhəri H.Əliyev prospektində hərəkət edən zaman “RENAULT MEGANE” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət etdiyi yola çıxaraq toqquşmuşdur. Nəticədə xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30-da Yevlax şəhəri H.Əliyev prospektində narkotik vasitələrin təsiri altında sürücülük hüququ olmadan idarə etdiyi “RENAULT MEGANE” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobili edərək yol ayrıcı keçmə qaydasını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. X1 idarə etdiyi “MERSEDES BENZ” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 628 №-li, xx.xx.2023-cü il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs AMP şüşə aşkar edilmişdir; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00-da tutulmuşdur; Avtovaz Texniki Xidmət Yevlax 1 saylı “Xəzər-Lada” səhmdar cəmiyyətinin xx.xx.2023cü il tarixli 25 nömrəli rəyindən görünür ki, “MERSEDES BENZ” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1390 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 08 aprel 2023-cü il tarixdən saat 22:00-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-220/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-220/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver