Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-2204/2025 06.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, X1, Qərarı barəsində Yevlax rayon Yol Patrul Xidməti inspektoru X4 iştirakı ilə, Yevlax rayon Yol Patrul Xidməti inspektoru X4 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət verərək, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli Yol hərəkəti qayalarının pozulması haqqında İXP ******* №-li inzibati protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə istinadən İXP ******* saylı protokol və onun əsasında xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin protokola və qərara əsasən, Yevlax Rayonu Yol Patrul Xidməti inspektoru tərəfindən guya yolayrıcını keçmə qaydalarının pozulması əsası göstərilərək onun barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. Həmin protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan qeyd edilən qərar ləğv edilməlidir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə şəxsi avtomobili ilə Yevlax şəhəri, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən, Yevlax Rayon icra Hakimiyyəti binasının yaxınlığında YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbini soruşurduqda, YPX inspektoru ona guya Yevlax şəhəri, Nizamı prospektindən Heydər Əliyev prospektinə dönərkən “yolayrıcını keçmə qaydalarını pozaraq qarşıdan gələri nəqliyyat vasitəsinə yol vermədiyini” bildirmişdir. O həmin iddia ilə razılaşmamış, hər hansı qayda pozuntusuna yol vermədiyini, belə ki, qarşıdan hər hansı nəqliyyat vasitəsinin gəlmədiyini bildirmiş və inzibati xəta törətməyinin obyektiv sübutlarla (xüsusən video qeyd, foto-material, texniki vasitələrin məlumatları və ya digər sübutetmə vasitələri) təsdiqlənməsini xahiş etmişdir. Buna baxmayaraq, inspektor pozuntunu sübut etməyə borclu olmadığını bildirmişdir. O etiraz, olaraq bildirmişdir ki, Yevlax şəhəri, Nizami prospektindəki 101 nömrəli evdə yaşayır, hər gün azı 5-6 dəfə həmin yolla hərəkət edir, hər zaman, o cümlədən həmin gün qanunun tələblərinə riayət etmişdir. İnspektorun yanındakı polis əməkdaşı bildirmişdir ki, “mən bu şəhərin komandiriyəm hesab edirəm ki, sən qayda pozmusan, səni cərimələyirəm”. Sonda protokolu imzalamaqdan imtina edib, onun qərarından şikayət edəcəyini bildirdikdə, Polis əməkdaşı ona təkrarən bu şəhərin komandiri olduğunu, qayda pozduğunu, onu cərimələdiyini, gedib kimə şikayət edirsə etməsini demişdir. AR İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, qeyd edilən Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. “Yol hərəkəti haqqında” AR Qanununun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Qanunun birmənalı tələbindən də görünür kı, inzibati xəta hansı əməllər hesab edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, o, hər hansı bir qanuni tələbləri pozmamışdır. Yolda hərəkətdə olarkən, hər zaman qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmişdir. O ümumi xəstəliklər səbəbindən ikinci qrup əlilliyi olan, insanlara, təhsilə, əməyə, böyüklərə, habelə qanunlara hörmətlə, ləyaqətlə yanaşan biriysıdir. O sadə bir Azərbaycan vətəndaşı kimi öz məsuliyyətini dərk edir və avtomobil idarə etdiyi ilk günlərdən yol hərəkəti qaydaları ilə əlaqədar qəbul edilmiş bütün qayda və qanunlara ciddi riayət edir. Özünü və yaxınlarını hər gün yollarda baş verən ağır qəzalardan qorumağa çalışır. Polis əməkdaşı tərəfindən barəsində əsassız protokol tərtib edilmişdir, qanunları bildiyindən onun qanunsuz hərəkətlərinə etiraz etməyinə baxmayaraq, onun haqlı etirazlarına heç bir məhəl qoyulmamışdır. Nəticədə omum hüquqlarını, eyni zamanda inzibati qanunvericiliyin və yol hərəkəti haqqında qanunvericiliyin norma və prinsiplərini kobud şəkildə pozan qərar qəbul edilmişdir. AR İXM-nin 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin təmin edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında şikayətçi X7 şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmn edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Yevlax rayon Yol Patrul Xidməti inspektoru X6 şikayəti əsassız hesab edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X2 şəhəri Nizami prospektində Azərbaycan Respublikasının İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində xx.xx.2025-ci il tarixdə inzibait tənbeh vermə haqqında qərar qəbul edərək, sürücünün baarəsində 100 (bir yüz) manat məbləğində cərimə tətbiq etmişdir. Həmin qərar qanuni və əsaslı olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yevlax rayonu Yol Patrul Xidməti inspektoru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 09:54-də «Toyota Prius (Hibrid) minik» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında Yevlax rayonu Yol Patrul Xidməti inspektoru X6 tərfindən təqdim edilmiş diskə baxış keçirilən zaman X5 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclasında X5 barəsində qeyd edilən inzibati xəta ilə bağlı əsassız olaraq inzibati xəta haqqında protkol tərtib edilməsi və həmin protkol əsasında əsassız olaraq qərar qəbul edilməsi müəyyən edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Yevlax rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı X6 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-2204/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-2204/2025
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver