Məhkəmə qərarları › İş №3(039)-221/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-221/2020

07.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-221/2020 07.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax stansiya XPŞ-nin İTQ-nun YYÇ işləri üzrə inspektoru polis kapitanı Kərimov Sadiq Şöhlət oğlunun, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X2 X4 Xətt Polis Şöbəsinindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X2 X4 Xətt Polis Şöbəsinindəndaxil olmuş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 10:05-də Yevlax dəmir yol stansiyasının ərazisində epidemiya əleyhinə karantin rejimi qaydasını pozmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax stansiya XPŞ-nin İTQ-nun YYÇ işləri üzrə inspektoru polis kapitanı Kərimov Sadiq Şöhlətoğlu çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 10:05-də Yevlax dəmir yol stansiyasının ərazisində karantin rejimi qaydasını pozaraq SMS icazə almadan evini tərk etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 09:50-də 8103 nömrəsinə SMS göndərmədən və icazə almadan yaşadığı evi tərk edib Yevlax dəmir yol stansiyasının ərazisindən gedərkən polis əməkdaşları ona yaxınlaşaraq SMS icazə alıb-almaması barədə soruşduqda o, SMS icazəsi almadığını bildirmişdir. Bunda sonra polis əməkdaşları ona xüsusi karantin rejimini pozduğunu bildirərək rayon polis şöbəsinə gətrimişlər. Hazırda əməlindən peşiman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş NBPİ-nin Dəmir yolu NPİ-nin Yevlax stansiya XPŞ-nin Post-patrul xidməti manqasının polis nəfəri, polis serjantı X1 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10:05 radələrində Yevlax dəmir yol stansiyasının ərazisində bir nəfər şəxsi görüb ona yaxınlaşaraq ondan SMS icazə alıbalmaması barədə soruşduqda o, SMS icazəsi almadığını bildirmişdir. Bundan sonra həmin vətəndaş epidemiya əlehinə rejim qaydasını pozduğuna görə tərəfindən saxlanılaraq Yevlax XPŞ-nə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 10:05-də Yevlax dəmir yol stansiyasının ərazisində epidemiya əleyhinə karantin rejimi qaydasını pozmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar