Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-221/2022 24.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Kərimov küçəsi ev 134-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X1 Elçin Rəsul oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, Yevlax şəhəri C.Kərimov küçəsi 134-də yaşayan X4 04 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək narkotik aludəçisi oğlu Elçinin yaşadığı evdə onu təhqir etməsi və öldürməklə hədələməsi barədə məlumat vermişdir. Bundan sonra tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 03 fevral 2022-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri C.Kərimov küçəsində yerləşən yaşadıqları evdə anası Həzarə Hüseynova ilə aralarında xırda mübahisə olmuşdur. O, anasını söyüb təhqir etməmişdir. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək bildirmişdir ki, oğlu Şəxs narkotik vasitə aludəçisidir. 03 fevral 2022-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə Şəxsla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs yaşadıqları evdə səsküy salaraq onu söyüb təhqir etmişdir. 04 fevral 2022-ci il tarixdə o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə polis sahə rəisi, polis mayoru Qurban Qasımovun çıxışını, şahid ifadəsini və Şəxs izahatını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, X5 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verməsi barədə 03 fevral 2022-ci il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında X4 zəng edərək narkotik aludəçisi oğlu Şəxs evdə müşaqişə etdiyini bildirərək, bu barədə tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında 23 fevral 2022-ci il tаrixli MN ******* nömrəli protokoldan isə görünür ki, Şəxs 04 fevral 2022-ci il tarixdə yaşadıqları küçədə anası X4nı nalayiq söyüşlərlə söyərək təhqir ediyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 03 fevral 2022-ci il tarixdə, axşam saatlarında anası Həzarə Hüseynova ilə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində mübahisə etmiş və bu zaman Şəxs anası Həzarə Hüseynovaya qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi yoxdur. Belə ki, həmin maddəyə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-221/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-221/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver