Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-222/2024 12.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X2 Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Xaçmaz rayonu Üçgünqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X2 Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olan «X5 Kombinatı» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00220/24 nömrəli, 25 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə Gömrük İdarəsi, X4 Əməliyyat yə Təhqiqat şöbəsinə 06 aprel 2024-cü il tarixli 3-33-1600/019/001202 saylı raport daxil olmuşdur. Raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki. Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********75428 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Yevlax gömrük postunda rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmiş dəyəri 25669.00 AB$ dolları olan qatılaşdırılmış Təzə Nektar” yükünün 778.01 ABŞ dolları və xx.xx.2023-cü il tarixli **********8804 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Yevlax gömrük postunda rəsmiləşdirilən və Rusiya Federasiyasına ixrac edilmiş dəyəri 25669.00 AB$ dolları olan “Təzə Nektar” yükünün 5125.12 ABŞ dolları, xx.xx.2023-cü il tarixli **********0488 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Yevlax gömrük postunda rəsmiləşdirilən və Rusiya Federasiyasına ixrac edilmiş dəyəri 25090.00 AB$ dolları olan “Təzə Nektar” yükünün 2659.56 ABŞ dolları, (üç bəyannamə üzrə qeri qaytarılmayan 8562.69 AB$ dolları) valyuta vəsaiti malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatın hesabına geri köçürülməmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə prosesində verdiyi izahatda bildirmişdir ki, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********75428 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Yevlax gömrük postunda rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmiş dəyəri 25669.00 AB$ dolları olan qatılaşdırılmış Təzə Nektar” yükünün 778.01 ABŞ dolları və xx.xx.2023-cü il tarixli **********8804 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Yevlax gömrük postunda rəsmiləşdirilən və Rusiya Federasiyasına ixrac edilmiş dəyəri 25669.00 AB$ dolları olan “Təzə Nektar” yükünün 5125.12 ABŞ dolları, xx.xx.2023-cü il tarixli **********0488 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Yevlax gömrük postunda rəsmiləşdirilən və Rusiya Federasiyasına ixrac edilmiş dəyəri 25090.00 AB$ dolları olan “Təzə Nektar” yükünün 2659.56 ABŞ dolları, (üç bəyannamə üzrə qeri qaytarılmayan 8562.69 AB$ dolları) valyuta vəsaiti malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatın hesabına geri köçürülməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin orderlə çıxış edən nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki göndərilən məbləğin geri qayıtmamasının səbəbi, göndərilən malların bir hissəsinin xarab olması və qarşı tərəflə bağlanan müqaviləyə əsasən satılan malların 5% dəyərində bonus verilməsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00220/24 nömrəli, 25 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə Gömrük İdarəsi, X4 Əməliyyat yə Təhqiqat şöbəsinə 06 aprel 2024-cü il tarixli 3-33-1600/019/001202 saylı raport daxil olmuşdur. Raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki. Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********75428 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Yevlax gömrük postunda rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmiş dəyəri 25669.00 AB$ dolları olan qatılaşdırılmış Təzə Nektar” yükünün 778.01 ABŞ dolları və xx.xx.2023-cü il tarixli **********8804 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Yevlax gömrük postunda rəsmiləşdirilən və Rusiya Federasiyasına ixrac edilmiş dəyəri 25669.00 AB$ dolları olan “Təzə Nektar” yükünün 5125.12 ABŞ dolları, xx.xx.2023-cü il tarixli **********0488 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Yevlax gömrük postunda rəsmiləşdirilən və Rusiya Federasiyasına ixrac edilmiş dəyəri 25090.00 AB$ dolları olan “Təzə Nektar” yükünün 2659.56 ABŞ dolları, (üç bəyannamə üzrə qeri qaytarılmayan 8562.69 AB$ dolları) valyuta vəsaiti malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatın hesabına geri köçürülməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hesablaşma haqqında bildirişdən görünür ki, 127.23 USD, və 967,74 USD, dolları məbləğində borcu müqavilələr üzrə göndərilən malın ödənişi əvəzinə hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Kapital Bank ASC-i tərəfidən verilən məktuba əsasən 3 ixrac bəyannaməsi üzrə məlumatlar: 1)**********5428 İnvoys dəyəri 25669 usd, 24890.99 usd xx.xx.2023-cü il tarixində 69945.87 usd daxiloma ilə bağlanmışdır qalıq 778.01 usd 2) **********78804 invoys dəyəri 25090 usd, 19964.88 usd xx.xx.2023-cü il tarixində 69945.87 usd daxilolma ilə bağlanmışdır. Qalıq 5125.12 usd 3) **********80488 invoys dəyəri 25090 usd, 31500.32 usd xx.xx.2023-cü il tarixində 31500.32 usd daxilolma ilə üzrə, 6631,42 AZN, xx.xx.2023-cü il tarixində 39113.32 AZN daxil olma üzrə bağlanmaşdır. Qalıq 2659.56 usd İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mükafatın ödənilməsi aktlarından görünür ki, satıcı hər ay əldə olunan alış həcminə görə alıcıya hesabat dövrü üzrə göndərilən malın dəyərinin 5 % məbləğində mükafat verir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 sentyabr 2023-cü il tarixli zərər aktından görünür ki, yoxlama nəticəsində məhsullarda defekt və xarablıq aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. 64.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. AZƏRBAYCAN RESPUBLİKASİ KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarına əsasən Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Bundan əlavə Zərər yoxlama hesabatı mallar gömrük postunda gömrük əməkdaşlarının və yaxud ekspertlərin iştirakı ilə deyil Moskva şəhərinə catdıqdan keyfiyyət pozuntuları aşkar edildikdən sonra Grand Trade SC nin sifarişi əsasinda həyata keçirilmiş və alıcı tərəf daşıyıcıya qarşı iddia qaldırmaq hüququnu özundə saxlamışdır.Siracoğlu” MMC xarici valyuta vəsaitinin geri qaytarılmamasının MMC dən asılı olmayan səbəblərdən baş verməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhsulunun məhv olması xarici valyuta vəsaitinin geri qaytarılmaması üçün səbəb deyildir. Beləliklə, məhkəmə məhsulların məhv olmasına dair hər hansı bir mötəbər sübutun olmamasını, eyni zamanda qarşı tərəfə Siracoğlu tərəfindən ödənilən bonus və faizlər şirkətin öz maraqlarına xidmət etməsini, malların tez və sərfəli satılmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta 8562.69 ABŞ dolları (Azərbaycan manatına nisbətdə, 14556 manat 57 qəpik) vəsaitin 40 faizi miqdarında, cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-222/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-222/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver