Məhkəmə qərarları › İş №3(039)-223/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-223/2020

07.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-223/2020 07.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 10:30-da Yevlax şəhəri, Nizami prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3 çıxış edərək bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 10:30-da Yevlax RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şəmi Yunisov idarə etdiyi “BMW” markalı xidməti avtomobili ilə Yevlax şəhəri, Nizami prospektində xidmət aparakən “DAEVOO NEXİA” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən avtomobilindən düşərək özünü patrul avtomobilinin önünə ataraq yerə yıxmışdır. İnspektor xidməti avtomobildən düşərək həmin şəxsi nizam intizama dəvət mək istisə də, lakin həmin şəxs inspektorun qanuni tələbinə tabe olmayaraq idarə etdiyi avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmışdır. Bundan sonra həmin vətəndaşın yeri müəyyən olunaraq rayon polis şöbəsinə gətirilmiş və həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü qismən təqsirli bilərək hazırda əməlindən peşman olduğunu, polis avtomobilinin qabağına qəsdən atılmadığını, sadəcə avtomobildən düşərkən yıxıldığını, polisdən qorxduğu üçün polisin tələbinə tabe olmadığını bildirərək, həmçinin himayəsində iki azyaşlı uşağlarının və xəstə anasının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X2 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 10:30-da idarə etdiyi “BMW” markalı xidməti avtomobili ilə Yevlax şəhəri, Nizami prospektində xidmət aparakən “DAEVOO NEXİA” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən avtomobilindən düşərək özünü patrul avtomobilinin önünə ataraq yerə yıxmışdır. O, xidməti avtomobildən düşərək həmin şəxsi nizam intizama dəvət etmiş, lakin həmin şəxs onun qanuni tələbinə tabe olmayaraq idarə etdiyi avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmışdır. Bundan sonra həmin vətəndaşın yeri müəyyən olunaraq rayon polis şöbəsinə gətirilmiş və həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 10:30-da Yevlax şəhəri, Nizami prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar