Məhkəmə qərarları › İş №3(039)-2239/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-2239/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-2239/2025 24.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Yevlax şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Yevlax rayonu, Havarlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 2024-cü il dekabr ayında həmkəndlisi X4 məxsus olan 130 manat pulu həmin şəxsə borclu olan X5 zərərçəkmişin xəbəri olmadan aldadaraq almışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin sahə rəisi polis kapitanı X10 çıxış edərək bildirmişdir ki, Şəxs 2024-cü ilin dekabr ayının boclu olan X8 aldadaraq həmkəndlisi X4 məxsus olan 130 manat pulu almışdır. Yevlax Rayon Polis X7 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 227-ci maddəsi ilə təqsirli bilərək etdiyi əməldən peşman olduğunu, maddi sıxıntı səbəbindən həmin pulu xərclədiyini və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyə bilmədiyini bildirmiş, ona ödəniş üçün vaxt verilməsini və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, həmkəndlisi Şəxs yanında Mikayılın ona borcu olduğunu və ala bilmədiyini demişdir. Bir müddət sonra Mikayıldan pulunu tələb etdikdə ona məluma olmuşdur ki, Şəxs özünün onun qohumu kimi təqdim edərək ona çatası puldan 130 manatı Mikayıldan yoldaşının xəstəxanada olması yalanı ilə aldadaraq mənimsəmişdir. Həmin pulu dəfələrlə tələb etməsinə baxmayaraq, hal-hazırki tarixədək qaytarmamışdır. Aralarında barışıq olmadığını, onun adından yalan danışılmasından narazı olduğunu bildirmiş və məhkəmədən qanunimüvafiq qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 2024-cü il dekabr ayında həmkəndlisi X4 məxsus olan 130 manat pulu borclu olan X5 zərərçəkmişiin xəbəri olmadan aldadaraq almışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməəsi, X6 aldadaraq 130 manat pulunu ələ keçirmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır; “İnzibati qaydada tutma haqqında” 24 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafı,məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmişin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 24 dekabr 2025-ci il tarixdən saat 00:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar