Məhkəmə qərarları › İş №3(039)-224/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-224/2020

07.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-224/2020 07.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 mənzil 43 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 11:45 radələrində Yevlax şəhəri H.Əliyev prospektində karantin rejimi qaydasını pozmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 11:45 radələrində Yevlax şəhəri H.Əliyev prospektində təkrarən karantin rejimi qaydasını pozaraq SMS icazə almadan evini tərk edərək Yevlax məşğulluq idarəsinə getmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə 8103 nömrəsinə “2” indeksi ilə SMS göndərərək icazə aldıqdan sonra vətəndaşlara verilən kompensasiya ilə bağlı qeydiyyata düşmək üçün Yevlax məşğulluq mərkəzinə getmişdir. Bu zaman polis əməkdaşları gəlib ona xüsusi karantin rejimini pozduğunu bildirərək rayon polis şöbəsinə gətrimişlər. O, xx.xx.2020-ci il tarixdə karantin qaydalarını pozduğuna görə polis əməkdaşları tərəfindən 100 manat məbləğində cərimə edilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:45 radələrində Yevlax şəhəri H.Əliyev prospektində Daxili qoşunların 2 əməkdaşı ilə birlikdə vətəndaşlara “evdə qal” kompaniyasına qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman, bir nəfər şəxsə dəfələrlə evinə getməsi barədə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin vətəndaş evinə getməyərək karantin qaydalarını pozduğu üçün tərəflərindən saxlanılaraq Yevlax RPŞ-nə gətirilməsi üçün xidməti avtomobilə əyləşməyə dəvət etmişlər. Bundan əlavə olaraq həmin vətəndaş saxlanılarkən onun elektron bazada SMS vasitəsi ilə icazəsinin olub-olmadığını yoxlayarkən həmin vətəndaşın icazəsi olmadığı müəyyən edilmişdir. Lakin xidməti avtomobildə olarkən 8103 qısa nömrəsinə SMS göndərmiş. Bundan sonra Şəxs “2” indeksi ilə icazə almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 11:45 radələrində Yevlax şəhəri H.Əliyev prospektində karantin rejimi qaydasını pozmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 xx.xx.2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:45 radələrində Yevlax şəhəri H.Əliyev prospektində Daxili qoşunların 2 əməkdaşı ilə birlikdə vətəndaşlara “evdə qal” kompaniyasına qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman, bir nəfər şəxsə dəfələrlə evinə getməsi barədə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin vətəndaş evinə getməyərək karantin qaydalarını pozduğu üçün tərəflərindən saxlanılaraq Yevlax RPŞ-nə gətirilmişdir; xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmamasını, məsuliyyəti ağırlaşdıran hal kimi - bir il ərzində təkrarən eyni xətanı törətməsini (İXM-nin 33.1.2) nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 13 (on üç) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən saat 14:10-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar