Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-226/2021 11.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X5, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Mütəxəssis kimi işə cəlb edilmiş Zərərçəkmiş şəxs anası X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs qızının iştirakı ilə xx.xx.1955-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Şəkili küçəsi ev 8-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23:50 radələrində Yevlax şəhəri Şəkili küçəsi 8 ünvanında yerləşən yaşadıqları evdə qardaşı qızı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, Yevlax şəhəri Şəkili küçəsi 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci ildə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bibisi Şəxs önu döyməsi barədə məlumat verdiyinə görə Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Mehman Əsədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2021ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 23:50 radələrində Yevlax şəhəri Şəkili küçəsi 8 ünvanında yerləşən yaşadıqları evdə bacısı Rəfiqə Nəbiyeva ilə aralarında qaz pulu ödənişi ilə bağlı narazılıq olmuşdur. Bu zaman qardaşı qızı Zərərçəkmiş şəxs bacısı Rəfiqə Nəbiyeva ilə aralarında olan mübahisəyə qoşularaq, onun saçından yolmuş və üz nahiyyəsini dırnaqları ilə cırmaqlaramağa başlamışdır. Bundan sonra o, əsəbləşərək Daxili İşlər Nazirliyinin “102” Zəng Xidmətinə zəng edərək məlumat vermişdir. O, Zərərçəkmiş şəxs döyməmişdir. X1 vasitəsi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, xx xxxxxx 2021-ci il bibisi Şəxs ilə aralarında yaranan mübahisə zamanı Şəxs onu yaşadıqları evdə döymüşdür. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmamış və onun barəsində tədbir görülməsini xahiş etdi. Onun həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Mehman Əsədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarı, polis sahə rəisi, polis leytenantı X8 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Mehman Əsədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Canlı Şəxsin Məhkəmə-Tibb Ekspertizasının 38 №-li, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Şəxs bədən səthində onun travma almasını göstərən sağ kürəküstü nahiyyənin sıyrıqları, sağ baldırın orta 1/3-nin yan səthinin qançırı məhkəmə tibb əlamətləri aşkar edilmişdir. Canlı Şəxsin Məhkəmə-Tibb Ekspertizasının 41 №-li, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində onun travma almasını göstərən sağ yanaq nahiyyəsinin, sol əlin İ barmağının əsas falanqasının arxa səthinin sıyrıqları məhkəmə tibb əlamətləri aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-226/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-226/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver