Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-227/2024 30.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Məmmədov Cavid Faiq oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, tələbkar – Zərərçəkmiş şəxs iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 07 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC Yevlax rayon Məhkəməsinin 2(039)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 9800 manat borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X2 çıxış edərək bildirmişdir ki, borclu Şəxs MMC-yə icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar məhkəməyə təqdimat verilərək borclunun daşınar əmlakına həbs qoyulmuşdur. Borclunun üzərinə həbs qoyulmuş əmlaklarının götürülməsi məqsədilə onun hüquqi ünvanına gedilsə də, borclu buna imkan yaratmamış və yenidən məhkəmə qərarını qərəzli icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək məhkəmə qətnaməsinin icra edilməsini və borcun tam şəkildə ödənilməsini istədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC Yevlax rayon Məhkəməsinin 2(039)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 9800 manat borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınmışdır; inzibati xəta haqqında protokola əlavədən görünür ki, Şəxs MMC-nin üzərinə həbs qoyulmuş əmlaklarının götürülməsi məqsədilə onun hüquqi ünvanına gedilsə də, borclu buna imkan yaratmamış və yenidən məhkəmə qərarını qərəzli icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir; icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Yevlax rayon Məhkəməsinin 2(039)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs MMC-yə göndərilmişdir; Yevlax rayon Məhkəməsinin 2(039)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 24 fevral 2016-cı il tarixdən başlayaraq 100 manat məbləğində pul iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır; Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin hüquqi varisi Şəxs MMC ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmurunun və tələbkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu məhkəmə aktı ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış və nəticədə ötən müddət ərzində qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmamışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs MMC kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və Şəxs MMC barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-227/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-227/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver