Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-229/2021 06.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Yevlax rayonu Yevlax Bələdiyyəsinin sədri X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Yevlax rayonu Yevlax Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mingəçevir regional ərazi şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, işəgötürən qanunveriliciliklə müəyyən olunmuş qaydada 7 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, Şəxs 2020-ci il üçün qanunveriliciliklə müəyyən olunmuş qaydada 7 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi barədə “xxxx” ASC-dən X5 Xidmətinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında araşdırma aparıldıqdan sonra qeyd edilən fakt öz təsdiqini tapmışdır. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs xx xxxxx 2019-cu il tarixdə “xxxx” ASC ilə bağladığı icbari sığorta müqaviləsi üzrə sığorta haqlarını ödəmədiyi üçün müqaviləyə xitam verilmişdir. Bələdiyyənin digər sığorta şirkətləri ilə icbari sığorta müqaviləsini bağlayıbbağlamaması barədə məlumat əldə etmək üçün X5 Xidməti tərəfindən İcbari Sığorta Bürosuna sorğu edilmiş, sorğuya cavab məktubunda və ona əlavə edilmiş sənədlərdə Bələdiyyənin digər sığorta şirkətləri ilə icbari sığorta müqaviləsi bağlanmadığı aşkar edilmişdir. Bu səbəbdən Bələdiyyə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs sədri X3 izahat verərək bildirmişdir ki, o, 2020-ci ilin aprel ayında Şəxs sədri vəzifəsinə seçilmişdir və işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması barədə məlumatı olmamışdır. 2020ci il ərzində ona nə sığorta şirkəti, nə də Əmək Müfəttişliyi Xidməti tərəfindən 7 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamaları barədə məlumat verilməmişdir. Lakin 2021-ci ildə ona işçilərin sığortalanması bərədə məlumat verildikdə o, dərhal-xx.xx.2021-ci ildə “X8” ASC ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamışdır. Ona sığorta müqaviləsinin bağlanması barədə hər hansı təklif göndərilməmiş və bu barədə məlumatlandırılmamışdır. Eyni zamanda Bələdiyyə seçkili orqan olduğu üçün Əmək Məcəlləsinin tələbləri Bələdiyyə işçilərinə şamil edilməməlidir. Qeyd etdiyi səbəblərə görə hesab edir ki, Bələdiyyə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs ilə “xxxx” ASC arasında xx xxxxx 2019-cu il tarixdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanılmış, lakin bir il müddət keçdikdən sonra Bələdiyyə tərəfindən sığorta haqları ödənilmədiyindən sığorta şirkəti tərəfindən bir tərəfli qaydada sığorta müqaviləsinə xitam verilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, Bələdiyyə tərəfindən digər sığorta şirkətləri ilə də icbari sığorta müqaviləsi bağlanmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Bələdiyyənin nümayəndəsi-sədri, bu barədə məlumatsız olduğunu və Əmək Məcəlləsinin Bələdiyyələrə şamil edilmədiyini əsas gətirərək inzibati xəta haqqında protokola etirazını bildirmişdir. Bununla bağlı məhkəmə ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin c) bəndinə əsasən Əmək Məcəlləsi bələdiyyələrə seçilmiş şəxslərə şamil edilmir. Hazırda Bələdiyyə barəsində tərtib edilmiş inzibati xəta haqqında isə Bələdiyyəyə seçilmiş şəxslərin deyil, əmək müqaviləsi bağlanılaraq Bələdiyyəyə işə götürülən işçilərin icbarı sığortlanmaması səbəbindən tərtib olunmuşdur. Əmək Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd olunmuşdur ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Yevlax rayon Yevlax Bələdiyyəsinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-229/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-229/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver