Məhkəmə qərarları › İş №3(039)-229/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-229/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-229/2024 08.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 qızının katibliyi, Yevlax rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru İldırım Əsədovun, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Yevlax şəhri Əfəndiyev küçəsi ev 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə narkotik maddələrin qəbulunda şübhəli olduğu üçün polis əməkdaşları tərfəfindən polis şöbəsinə gətirilmiş, burada müayinədən keçəndən sonra narkotik maddə istifadə etdiyi məlum olmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru İldırım Əsədov çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs narkotik maddələrin qəbulunda şübhəli olduğu üçün polis əməkdaşları tərfəfindən polis şöbəsinə gətirilmiş, burada müayinədən keçəndən sonar narkotik maddə istifadə etdiyi məlum olmuşdur. Fakta görə rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildikdən sonra qərarın surəti Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün aidiyyəti üzrə üzrə şöbənin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, ara-bir nakotik vasitə olan marixuanadan istifadə edir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə narkotik maddələrin qəbulunda şübhəli olduğu üçün polis əməkdaşları tərfəfindən polis şöbəsinə gətirilmiş, burada müayinədən keçəndən sonar narkotik maddə istifadə etdiyi məlum olmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 260 №-li, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs THÇ marixuana aşkar edilmişdir + (müsbət); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2024-cü il tarixli, 616 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Yevlax rayon X2 təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 99.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidin və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar