Məhkəmə qərarları › İş №3(039)-23/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-23/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-23/2022 17.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasının Cermuk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 17 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən Yevlax Rayon Polis Şöbəsinin qarşısında ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, 17 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Elşən Əsgərov xidmətdə olarkən bir nəfər şəxsin ona yaxınlaşaraq ucadan səs-küy salmağa başlamışdır. Həmin şəxsi dəfələrə nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün tərəfində rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra polis nəfəri, polis kiçik serjantı Elşən Əsgərov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 17 yanvar 2022-ci il tarixdə saat təxminən 00:30 radələrində inzibati həbsdə olan X2 Yevlax Rayon Polis Şöbəsindən aparmaq məqsədi ilə Yevlax şəhərinə gəlmişdir. X2 aparmağa icazə vermədikləri üçün Yevlax Rayon Polis Şöbəsinin qarşısında səs-küy salmışdır. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq onu sakitləşdirmək istəsələrdə o, içkili olduğundan ucadan səs-küy salmışdır. Polis əməkdaşları onu məcburi qaydada rayon polis şöbəsinə aparmışlar. Bundan sonra, o, Yevlax Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis nəfəri, polis kiçik serjantı X6 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 17 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində xidmətdə olarkən bir nəfər şəxsin ona yaxınlaşaraq ucadan səs-küy salmağa başlamışdır. Həmin şəxsi dəfələrə nizam-intizama dəvət etməsinə baxmayaraq o, içkili olduğundan öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. 17 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə 17 yanvar 2022-ci il tarixdə saat 00:35-də inzibati qaydada tutulmuşdur. 10 №-li, 17 yanvar 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs 17 yanvar 2022-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində qeyd edilən xüsusatlarla bağlı müvafiq araşdırılma aparılması üçün Yevlax rayon prokuroruna məlumat verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 17 yanvar 2022-ci il tarixdən saat 00:35-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar