Məhkəmə qərarları › İş №3(039)-23/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-23/2024

02.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-23/2024 02.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3 Zərərçəkmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax rayonu Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Kolanı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları 02 yanvar 2024-cü il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 01 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 məxsus mağazanın qapısına təpiklə vuraraq şüşəni və qapını sındırmış, MN seriyalı ******* saylı, 01 yanvar 2024-cü il tarixli protokoldan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:20 radələrində ictimai yerdə Kolanı kəndin icində ünvansız nəlayiq küçə söyüşləri söyərək ictami qaydanı pozmuşdur.Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddəsində nəzərdə tutulmuş, inzibati xətasını törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 məxsus mağazanın qapısına təpiklə vuraraq şüşəni və qapını sındırmış, MN seriyalı ******* saylı, 01 yanvar 2024-cü il tarixli protokoldan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:20 radələrində ictimai yerdə Kolanı kəndin icində ünvansız nəlayiq küçə söyüşləri söyərək ictami qaydanı pozmuşdur.Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddəsində nəzərdə tutulmuş, inzibati xətasını törətmişdir. Barəsində icraat aparılan şəxs Şəxs məhkəmə iclasında çıxış edərək Əsgər Almədətova həmkənli olduğunu,qabaqlar münasibətlərinin yaxşı olduğunu,sonradan korlandığını,buna səbəb isə Əsgər Almədətov qanunsuz olaraq onun torpaq sahəsində mağaza tikməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə Əsgərin mağazasının qarşısına getmiş və qəsdən mağazanın qapısını bərk şəkildə açdığını,bu səbəbdən də qapı yerə düşmüş və qapının şüşəsi sınmışdır.Həmin vaxt A.Əsgərin orda olduğunu,onun torğağından çıxmasını bildirmiş, lakin A.Əsgər ona hec bir söz demədən mağazanı baqlayıb getmiş,o da A.Əsgərə hec bir söz demədən oradı tərk etmişdir.Hal hazırda Əsgər Almədətovla barışdığını,ona dəymiş ziyanın ödəndiyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək 2005-ci ildə Yevlax rayonu Kolanı kəndində torpaq sahəsi alaraq mağaza tikdiyini,hazırda mağaza fəaliyyət göstərdiyini,lakin 2 ilə yaxındır ki,həmkəndlisi Şəxs heç bir səbəb olmadan mütəmadi olaraq gəlib onu narahat edərək mağazanın yerləşdiyi torpaq sahəsi onun olduğunu,həmin yeri sökmək istədiyini,lakin torpaq sahəsi onun anası Rahilə Almədətova aid olduğunu,xx.xx.2023-cü il tarixdə o özünə məxsus mağazada olarkən bir nəfər şəxsin küçədə ünvanına nəlayiq ifadələr işlədərək mağazaya yaxınlaşdığını eşitmiş,həmin şəxsin Şəxs olduğunu görmüşdür.Akif ona məxsus mağazasının qapısını təpiklə vurub acmış nəticədə qapının şüşəsi sınıb yerə tökülmüşdür.Akif onu hədələyərək ünvanına nəlayiq ifadələr işlədərək mağazanı tərk etməsini, əgər tərk etməzsə onun üçün pis olacağını bildirmişdir.Hal-hazırda Şəxsla barışdığını,ona dəymiş ziyanın ödəndiyini bildirərək İXM-nin 232-1-ci maddəsi üzrə şikayət və tələblərinin olmadığı üçün icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 01 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 məxsus mağazanın qapısına təpiklə vuraraq şüşəni və qapını sındırmış, MN seriyalı ******* saylı, 01 yanvar 2024-cü il tarixli protokoldan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:20 radələrində ictimai yerdə Kolanı kəndin icində ünvansız nəlayiq küçə söyüşləri söyərək ictami qaydanı pozmuşdur.Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddəsində nəzərdə tutulmuş, inzibati xətasını törətmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur İnzibati xəta haqqında protokolu, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadaki zərərcəkmiş şəxsə maddi ziyan dəydiyi sübuta yetirilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyan tam ödənildiyindən və zərərçəkmiş şəxslə barışdıqda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə icraata xitam verilməli, 510-cu maddəsinə əsaəsan isə 50 (əlli) manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar